Mojo.az Banner
SON DƏQİQƏ
20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Batumi faciəsinə görə Gürcüstanda matəm elan edildi

09.10.2021 13:21 1 083
Batumi faciəsinə görə Gürcüstanda matəm elan edildi
Batumi faciəsi ilə əlaqədar olaraq Gürcüstanda 11 oktyabr matəm günü elan edilib.

Bu barədə respublikanın Baş naziri İrakli Qaribaşvili bəyan edib.

“Mən qurbanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Onlarla birlikdə bütün Gürcüstan bu dəhşətli faciəyə görə kədərlidir. Qərarıma əsasən 11 oktyabr qurbanların xatirəsinə ehtiram əlaməti olaraq matəm günü elan ediləcək”.

Onun sözlərinə görə, dövlət bütün zərərçəkənlərə yardım göstərəcək, cinayətkarlar isə qanun çərçivəsində sərt şəkildə cəzalandırılacaqlar.

Xatırladaq ki, oktyabrın 8-də Batuminin mərkəzində yeddimərtəbəli yaşayış binasının bir hissəsi uçub. İndiyə qədər biri azyaşlı olmaqla altı nəfərin öldüyü bildirilib. Xilas edilənlərdən birinin vəziyyəti ağır qiymətləndirilir. Dağıntılar altında qalanların axtarışı davam edir.

Faciə ilə bağlı aparılan istintaq çərçivəsində üç nəfər həbs olunub. Onlardan biri binada təmir işi aparılan mənzilin sahibi, digər iki nəfər isə fəhlədir.скачать dle 11.3

Son xəbərlər