Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Batumidə çökən binaya görə saxlanılanlardan biri Azərbaycan vətəndaşıdır

09.10.2021 22:36 855
Batumidə çökən binaya görə saxlanılanlardan biri Azərbaycan vətəndaşıdır
Gürcüstanın Batumi şəhərində binada çökmənin baş verməsi ilə bağlı saxlanılan üç şəxsdən biri Zaur Budaqov adlı Azərbaycan vətəndaşıdır.

Bu barədə məlumatı yerli "Mtavari arxi” telekanalı yayıb.

Bildirilib ki, o, bir neçə ildir Batumidə yaşayır və kazinoların birində menecer işləyir. Z.Budaqovun həmin binadakı mənzilində aparılan təmir-bərpa işlərində təhlükəsizlik qaydalarının kobud pozduğunu qeyd olunub. Onun mənzil və zirzəminin birləşdirilməsi xahişi ilə oktyabrın 4-də Dövlət Reyestrinə müraciət etdiyi məlum olub.

Azərbaycan vətəndaşının vəkili deyib ki, müdafiə etdiyi şəxs istintaq çərçivəsində artıq ifadə verib.

Xatırladaq ki, Batumidə yaşayış binasının bir bloku ötən gün saat 12:00 radələrində çöküb. Nəticədə 3-ü uşaq olmaqla 9 nəfər ölüb. Faciə ilə bağlı olaraq oktyabrın 11-i Gürcüstanda matəm günü elan edilib.скачать dle 11.3

Son xəbərlər