Mojo.az Banner
19:55 Məşhur şirkətlərin rəhbərinə ölkədən çıxış qadağa edildi  |     19:50 Nərimanovda oğurluq edənlər saxlanılıblar  |     19:42 Quba-Xınalıq yolunda sürüşmə - 8 kəndlə nəqliyyat əlaqəsi kəsildi  |     19:37 Qanunsuz saxlanılan silahlar aşkarlandı  |     19:30 Britaniyada təhlükəli virus yayılıb  |     19:24 Anatoli Kaşpirovski vəfat etdi  |     19:15 Bazar günü dolu düşəcək, qar yağacaq  |     19:10 Polis bir gündə 57 nəfəri saxladı  |     19:03 Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO  |     18:58 Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri müəyyənləşdi  |     18:40 Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?  |     18:30 Bakıda vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs tutuldu  |     18:29 "Fənərbağça" və "Turan Tovuz"un nümayəndələri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər  |     18:28 Bakı metrosunda halı pisləşən kişi öldü  |     18:26 Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video  |     18:25 Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi  |     18:22 Bir neçə yolda sürət həddi endirildi  |     18:20 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu  |     18:18 Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı  |     18:16 Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var  |    
Mojo.az Avto
Mojo.az Avto

Yevlaxda evlərdən oğurluq edən iki dəstə ələ keçdi

02.10.2021 16:34 681
Yevlaxda evlərdən oğurluq edən iki dəstə ələ keçdi
Bir nəfər Yevlax rayon sakini Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus evdən qızıl zinət-əşyalarının oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, məlumatla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Hüseyn Mahmudov saxlanılıb.

Digər şübhəlinin isə şəxsiyyəti müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Araşdırmalarla onların iki ədəd qızıl üzük, qızıl sırğa, boyunbağı və digər əşyalar oğurlamaqla vətəndaşa 3 000 manat dəyərində ziyan vurduqları müəyyən edilib.

Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraməmmədli kəndinin ərazisindəki evlərin birindən oğurluq edən şəxslər də saxlanılıb.

Araşdırmalarla cinayət əməlini törədənlərin Elşən Nuriyev və Zamin Fərəcov olduğu müəyyən edilib. Onlar evdən cərəyan aparatı, təmir alətləri və məişət əşyaları oğurlayaraq vətəndaşa 1 600 manat dəyərində ziyan vurublar.

Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner