Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:14 Azərbaycan Prezidenti Oman Sultanını təbrik etdi | 15:04 Leyla Əliyeva "Yaradıcılıqla üz-üzə" adlı konsertdən paylaşım edib - FOTO | 15:01 "Boşanıram" deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi: Cərimələndi | 14:28 Sabah 21 dərəcə isti olacaq - Proqnoz | 14:24 Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO | 14:12 "Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq | 14:00 Taksi sürücüləri üçün vergi qaydası dəyişir | 13:58 Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 13:55 Əlilliyə görə pensiya alanların sayı 128 mindən çox azalıb: Beş ilin rəqəmləri | 13:52 Turistlər Bakıya təkrar-təkrar gəlir, bölgələrə isə üz tutmurlar – SƏBƏB | 13:49 Qəbələdə kuryoz olay: Həmkəndlisinin qulağını dişləyib qopardı | 13:39 Xalq artistinin oğlu nazirlikdəki vəzifəsindən azad edildi | 13:33 Alyona Əliyeva "Rezonans və İrs" adlı konsert proqramından paylaşım edib - Foto | 13:31 Xaricdə təhsil adı ilə hərbi xidmətdən yayınma – Saxta sənədlər aşkarlanır | 13:13 Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı | 12:56 Qızılın qiyməti son ayların minimumuna düşdü | 12:55 Ramiz Mehdiyev barəsindəki hökmdən narazıdır - Daha yüngül cəza istəyir | 12:54 Mərdəkanda yataqxanada yanğın - VİDEO | 12:52 "Embawood"un anbarından meyit tapıldı | 12:49 Azərbaycan nefti bahalaşıb |
Mojo.az Avto
Mojo.az Avto

Həkim-pediatr: “Koronavirusdan sağalan uşaqlarda çoxsistemli iltihab sindromuna daha çox rast gəlinir”

23.09.2021 23:16 951
Həkim-pediatr: “Koronavirusdan sağalan uşaqlarda çoxsistemli iltihab sindromuna daha çox rast gəlinir”
2019-cu ilin sonunda ortaya çıxan koronavirus infeksiyası bu yaxınlaradək uşaqlardan yan keçirdi. Ancaq virus daim mutasiyaya uğrayaraq sürətlə dəyişib və artıq azyaşlılar üçün də təhlükə mənbəyinə çevrilib.

Media.Az bu barədə həkim-pediatr Elza Məhərrəmova ilə söhbət edib.

O bildirib ki, Azərbaycanda uşaqların koronavirusa yoluxmasıyla bağlı rəsmi məlumatlar yoxdur.

“Ehtimal ki, azyaşlılar yoluxanların ümumi sayının 7-8%-ni təşkil edir. Əvvəllər COVID-19 nadir hallarda uşaqlara təsir edir və praktiki olaraq, bu kateqoriyadan olan vətəndaşlar üçün heç bir təhlükə yaratmırdı. Lakin 2020-ci ilin oktyabr ayında uşaqlar arasında yoluxma nisbətini artıran “Delta” variantı ortaya çıxdı.

Əvvəllər xəstələr virusu asanlıqla keçirirdilərsə, indi onların çoxu xəstəliyin daha ağır gedişi ilə üzləşirlər. Böyüklərlə müqayisədə uşaqlar koronavirusu daha asan keçirirlər. Bu iki kateqoriyadan olan şəxslər arasında əsas fərq xəstəliyin əlamətlərindədir. Əvvəlcə bu əlamətlər tənəffüs yollarının kəskin viruslu infeksiyalarını xatırladır: zəiflik, iştahsızlıq, 39-40 dərəcə temperatur, quru öskürək və boğaz ağrısı. Çox vaxt uşaqlarda COVID-19-un əsas əlaməti mədə-bağırsaq traktının pozulması, yəni ürəkbulanma, qusma və ishaldır.

Əksər hallarda valideynlər uşağın bu vəziyyətini qida zəhərlənməsi ilə qarışdırırlar, amma yüksək temperatur virus mənşəli infeksiyanı göstərir. Bəzi uşaqlarda COVID-19-un zəhərli təsirləri səbəbiylə xəstəlik dəri səpkiləri ilə müşayiət olunur. Bu hal xüsusi müalicə tələb etmir və zaman ötdükcə keçib gedir”, - deyə Elza xanım qeyd edib.

Onun sözlərinə görə, uşaq xəstələndiyi halda, ilk növbədə sahə həkiminə məlumat vermək lazımdır. Bu, xəstəliyin mümkün ağır gedişatı zamanı uşağın vaxtında xəstəxanaya yerləşdirilməsi üçün vacibdir.

“Ümumi qayda olaraq, xəstələrimə bol maye içməyi, yaxşı qidalanmağı və istirahət etməyi məsləhət görürəm. Sağalandan sonra bir müddət uşaqda tərləmə, iştahsızlıq və quru öskürək davam edə bilər.

Təəssüf ki, COVID-19-dan sonra fəsadların qarşısını almaq həmişə mümkün olmur. Bunlardan ən çox yayılanı viruslu pnevmoniya, başqa sözlə, bu və ya digər yoluxucu virusun, bizim halda koronavirusun ağciyərlərin tənəffüs bölmələrində yaratdığı kəskin iltihabdır.

Həm də koronavirusdan sağalan uşaqlarda çoxsistemli iltihab sindromuna daha çox rast gəlinir. Bu, yüksək temperatur, aşağı təzyiq, oksigen çatışmazlığı, mədə-bağırsaq xəstəlikləri, meningit sindromları, dəri səpkiləri, hipotoniya və ən pis hallarda orqan çatışmazlığına səbəb olan orqanizmin bir neçə sisteminə eyni anda təsir edən iltihabi prosesdir.

Bu xəstəlik çox təhlükəlidir və tənəffüs çatışmazlığı, miokardit və aritmiya kimi ağırlaşmalara səbəb ola bilər. Bu sindromdan şübhələndiyim iki xəstəm var idi. Həmin uşaqlar xəstəxanaya yerləşdirildi. Xoşbəxtlikdən artıq sağalıblar və indi evdədirlər”, - deyə həkim bildirib.

Elza xanım, həmçinin uşaq immunitetinin kimyəvi maddələrlə gücləndirilmədiyini, bunun yalnız düzgün qidalanma, idman, sağlam yuxu və təmiz hava ilə mümkün olduğunu vurğulayıb.

Son xəbərlər