Mojo.az Banner
22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |     20:36 Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər  |     20:29 Azərbaycanın cüdo tarixində rekord...  |     20:20 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     20:06 Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia - Video  |     20:00 Baloğlan Əşrəfovun oğlu: "Atama qarşı haqsızlıqlar çox oldu"  |     19:12 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü  |     19:10 Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabiq bələdiyyə sədri barəsində cinayət işi başlandı

21.09.2021 12:35 1 602
Sabiq bələdiyyə sədri barəsində cinayət işi başlandı
Şəki rayonu, İnçə kənd bələdiyyəsində yol verilən qanunsuzluqlarla bağlı daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Şəki rayon prokurorluğundan verilən məlumata görə, müəyyən edilib ki, İnçə bələdiyyəsinin sabiq sədri Qafqaz Mustafayev öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrini mülkiyyət və icarələrinə verəcəyinə dair yalan vədlər verib aldadaraq xeyli miqdarda pullarını dələduzluq yolu ələ keçirib.

Bundan başqa, araşdırmalarla torpaq sahəsi ayrılan 7 nəfər şəxs tərəfindən bələdiyyə büdcəsinə ümumilikdə 2 min 86 manat məbləğində pul ödənilsə də, həmin şəxslərə torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyə iclasında qərar qəbul edilməməsi, eləcə də bələdiyyə büdcəsindən 2 min 158 manat pulun mənimsənilməsi müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə), 179.2.2, 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar mənimsəmə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.скачать dle 11.3
Mojo.az Banner