Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Abşeronda MTK vətəndaşın obyektini sökdü - VİDEO

10.09.2021 22:45 1 041
Abşeronda MTK vətəndaşın obyektini sökdü - VİDEO
Abşeron rayonunda MTK rəhbəriyi vətəndaşa sökdüyü obyektin əvəzini verəcəyini desə də, vədinə əməl etməyib. Zərərçəkmişin bütün qanuni sənədləri olmasına baxmayaraq, obyektinin pulunu hələ də ala bilməyib.

Zərərçəkmiş Rafael Yusifov iddia edir ki, tikinti şirkəti məsuliyyətdən yayınmaq üçün iki dəfə adını dəyişib.

Vətəndaşın obyekti sökülərək, yerində hündürmərtəbəli bina tikilib. Hadisə Abşeronun Xırdalan şəhərində baş verib.

Zərərçəkmiş Rafael Yusifov iddia edir ki, Xırdalan şəhərinin mərkəzi küçələrinin birində ona məxsus qanuni sənədli obyekt olub. Həmin ərazidə yeni tikiləcək binanın birinci mərtəbəsindən vətəndaşa söküləcək obyektinin əvəzində yer təqdim ediləcəyi vədi verilib. Hətta onunla MTK rəhbərliyi arasında müqavilə də bağlanılıb.

Həmin vaxtdan düz yeddi il keçsə də, zərərçəkmişə obyekt verilməyib.

Məsələ ilə bağlı “Fam 88” MMC-nin təsisçisi Fəxrəddin Hüseynovla telefon əlaqəsi yaradılıb. O, "Xəzər Xəbər"ə bildirib ki, onlar zərərçəkmişlə öz aralarında müqavilə bağlayıblar. Rafael Yusifova məxsus obyektin yeri keçid hissəyə düşdüyünə görə vətəndaşların şikayəti əsasında orada söküntü işləri aparılıb. Ancaq buna baxmayaraq, zərərçəkmişə yaxın günlərdə başqa bir yerdən obyekt təqdim ediləcək.

Qeyd edək ki, zərərçəkmiş Rafael Yusifov məsələ ilə bağlı məhkəməyə müraciət edib. İşə baxılıb və zərərçəkmişin şikayətinin təmin olunmasına dair qətnamə də çıxarılıb.

//Xezerxeber.comскачать dle 11.3
Mojo.az Banner