Mojo.az Banner
23:01 Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları təqdim olunub  |     22:53 Mikayıl Cabbarov iclas keçirdi  |     22:48 Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR  |     22:40 Latviya Rusiyaya etiraz notası təqdim etdi  |     22:34 Dünya çempionu olsalar da, rekord məbləğdə vergi ödəyəcəklər  |     22:27 Netanyahu iyulun 27-də Trampın dəvətilə Vaşinqtona səfər edəcək  |     22:22 Bağlanacağı deyilən Bakı Qızlar Universitetindən açıqlama  |     22:15 Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib  |     22:08 Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü  |     21:59 "Biləcəri" dairəsində yanğınla bağlı qoyulan məhdudiyyət aradan qaldırıldı  |     21:54 Bakıətrafı qəsəbələrin dəmir yolu şəbəkəsi genişləndirilir - VİDEO  |     21:46 Xocalı faciəsini "Haray"la dünyaya çatdıran rejissorun doğum günüdür  |     21:40 Türkiyədə miqrant əməliyyatı: Azərbaycan vətəndaşı saxlanıldı  |     21:32 "Flora xanım səhhətinə görə təmtəraqlı yubiley təklifindən imtina etdi"  |     21:27 Evini sığortalamayanları nə gözləyir?  |     21:19 Qocalmanın qarşısını ala bilsək, insan nə qədər yaşaya bilər? - Alimlər hesabladı  |     21:14 Şəki məktəbi şagird yoxdur deyə bağlanır? - Rəsmi açıqlama  |     21:08 Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı (VİDEO)  |     20:55 Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - Video  |     20:46 Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib  |    
Left Banner
Right Banner

Yeddi rayonun su təminatı ilə bağlı SƏRƏNCAM

06.09.2021 17:25 1 044
Yeddi rayonun su təminatı ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarının əhalisi 38016 nəfər olan 20 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılır.скачать dle 11.3
Mojo.az Banner