Ermənistanın taleyi barədə məlumat vermədiyi 7 itkin hərbçimiz... -FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:20 Azərbaycan ilk dəfə Xizək Alpinizmi üzrə Dünya Çempionatına ev sahibliyi edəcək  |     23:11 Evlərimizi niyə sığortalaya bilmirik?  |     23:03 Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər  |     22:58 Alimlər yuxusuzluqla 24 saat ərzində mübarizə üsulu tapdı  |     22:52 Alkoqol qadınlarda beynin immun müdafiəsini kişilərdən daha çox zədələyir  |     22:47 ​Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? - QİYMƏTLƏR  |     22:40 Bakıda iki biznesmenin övladları evləndi, toya Rafet El Roman gəldi (VİDEO)  |     22:36 Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək  |     22:24 Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?  |     22:19 İnsanlar uşaq sahibi olmağı dayandırsa, bəşəriyyət nə vaxt məhv olacaq? - Alim cavab verdi  |     22:13 Qazaxda evə basqın edən 64 yaşlı kişi saxlanıldı  |     22:06 Belarus vətəndaşlarından ibarət qrup İrandan Azərbaycana təxliyə olunub  |     21:58 İran ABŞ ilə danışıqları İsrailin zərbələri dayanandan sonra davam etdirəcək  |     21:51 KİV: Tramp İsrailin İrana hücum planı ilə dərhal razılaşmayıb  |     21:44 “Air Arabia” və “Lufthansa” İran-İsrail münaqişəsi fonunda bəzi ölkələrə uçuşları dayandırırlar  |     21:39 Rusiya XİN: Vaşinqton Moskva ilə növbəti məsləhətləşmələr raundunu ləğv edib  |     21:32 Netanyahu İsrail Hərbi Hava Qüvvələrinin aviabazasını ziyarət edib  |     21:27 İsrail Tehranın hava məkanına tam nəzarət etdiyini bildirib  |     21:20 Naxçıvanda iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb  |     21:12 AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub, bəziləri ayın sonuna qədər dayandırılıb  |    

Ermənistanın taleyi barədə məlumat vermədiyi 7 itkin hərbçimiz... -FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (İtkin düşmüş şəsxlər) Günüdür. İtkin düşmə, Azərbaycanda təxminən otuz ildir ki, minlərlə insanın qarşılaşdığı problemdir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycandan 3890 nəfər (3171 hərbçi, 719 mülki şəxs) hələ də itkin düşmüş hesab olunur.

Bundan başqa, Ermənistan indiyədək İkinci Qarabağ müharibəsində itkin düşmüş 7 hərbçimizin taleyi barədə məlumat vermir.

Median.Az qafqazinfo-ya istinadla xəbər verir ki, itkin düşənlərdən biri leytenant, biri gizir, biri MAXE, qalan 4-ü isə əsgərdir.

Əsgər Feyzullayev Aydın Zakir oğlu sentyabrda Suraxanı Səfərbərlik Xidməti tərəfindən təlimlərə çağırılıb. Döyüşlər başlayanda onları Horadizə aparıblar. Müharibənin ilk günləri ailəsiylə əlaqə saxlasa da, oktyabrın 1-dən ondan xəbər ala bilmirlər.

25 yaşlı əsgərimizin atası Zakir Feyzullayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, oktyabrın 14-ü oğlunun dalınca Füzuliyə gedib, xidmət etdiyi hərbi hissəni, döyüşçü yoldaşlarını tapıb:

“Döyüşçü yoldaşları dedilər ki, ermənilərlə 30-40 metr məsafədə 500-600 əsgər üzbəüz vuruşub. Aydın da yanlarında olub, sonradan ətrafa baxıblar ki, Aydın yoxdur. Hara yox olub bilinmir. Deyilənə görə həmin gün, həmin yerdə şəhidimiz olub. Danışdığım uşaqlar qayıdıblar, oğlum isə itkin düşüb. Həmin ərazilər azad ediləndən sonra döyüşçü yoldaşları şəhidlərimizin nəşini ərazidən çıxarıblar. 3-4 nəfər dostu bütün ərazini axtarıb, qamışlığa qədər baxıblar, Aydının nə ölüsünü, nə də dirisini tapa bilməyiblər”.

Gizir İlqar İxtiyaroğlu 1994-cü ildə Goranboyun Goranlı kəndində anadan olub. O, Vətən müharibəsi zamanı Tərtər Əlahiddə Kəşfiyyat Taborunun heyətində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məlumata görə, İlqar İxtiyaroğlu sonuncu dəfə oktyabrın 6-da Ağdərə istiqamətində "951" zirvəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Həmin gündən sonra Aprel döyüşlərinin də iştirakçısı olan hərbçimizdən xəbər yoxdur.

Qədirli Elnur Rəcəb oğlu 1997-ci ildə İsmayıllının Diyallı kəndində anadan olub. Sentyabrın 29-da Vətən müharibəsinə yollanıb. Ailəsi sonuncu dəfə Elnurla oktyabrın 7-də əlaqə saxlayıb. Həmin tarixdən sonra Elnurdan xəbər yoxdur.

1996-cı il təvəllüdlü Salamov Qorxmaz Bayram oğlu Şəkinin Baş Göynük kəndindəndir. O, sonuncu dəfə ailəsi ilə oktyabrın 14-də əlaqə saxlayıb. Qorxmazın həmin vaxt Suqovuşan istiqamətində olduğu bildirilib. Lakin sonrada əsgərdən xəbər alınmayıb.

1991-ci il təvəllüdlü Səfərli Xəqani İlqar oğlu Vətən müharibəsinə Bakının Xətai rayon Hərbi Komissarlığının çağırışı ilə gedib. O, sonuncu dəfə ailə üzvləri ilə oktyabrın 4-də əlaqə saxlayıb. Həmin tarixdən sonra yaxınları Xəqanidən xəbər ala bilmir.

Leytenant Vəlizadə İbrahim Səməd oğlu 1998-ci ildə Naxçıvanın Şərur rayonunda anadan olub.

Müharibədən əvvəl Şəmkirdə “N” saylı hərbi hissədə xidmət edib.

Sonuncu dəfə ailəsi ilə sentyabrın 26-da əlaqə saxlayıb. Onun sonuncu dəfə Kəlbəcər istiqamətində döyüşlərdə iştirak etdiyi bildirilir.скачать dle 11.3

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

            519 30.08.21 23:27