Mojo.az — elanlar
Son Xəbərlər
17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |     17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |     17:33 “Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı  |     17:26 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb  |     17:23 Çexiyaya köçən azərbaycanlı miqrant qadın əri tərəfindən qətlə yetirildi, 3 övladından xəbər yoxdur  |     17:18 Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb  |     17:13 “Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb  |     16:55 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb  |     16:49 “Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır  |     16:46 Deputat icra hakimiyyətlərinin ləğv olunması ehtimalından DANIŞDI  |     16:28 TƏBİB-dən sonra növbə hansı qurumlarındır? – Deputat AÇIQLADI  |     16:26 Azərbaycan qripə qarşı yeni vaksinlər aldı  |     14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda avtobus dayanacağında qadına hücum edən şəxs saxlanılıb - VİDEO

30.08.2021 18:10 2 319
Bakıda avtobus dayanacağında qadına hücum edən şəxs saxlanılıb - VİDEO
Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir qadın Daxili İşlər Nazirliyinin “102" Xidməti Zəng Mərkəzinə məlumat verərək 27 avqust 2021-ci il tarixində evdən çıxıb işə gedən zaman avtobus dayanacağında bir nəfər tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib. Zərərçəkən həmin şəxsin onun boğaz nahiyəsindən tutub müxtəlif bədən xəsarətləri yetirərək əl çantasını almaq istədiyini bu zaman çantanın içərisində olan pul kisəsinin yerə düşməsindən istifadə edərək onu götürüb hadisə yerindən yayındığını bildirib. Qadın pul kisəsinin içində 60 manat, övladlarına aid şəxsiyyət vəsiqələrinin və əməkhaqqı kartının olduğunu bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin şəxsin qadına hücum etməsi ərazidə olan müşahidə kameraları vasitə ilə də qeydə alınıb.

Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Teymur Mirzəyev saxlanılıb. O, ifadəsində etdiyi hadisəni etiraf edib.

Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Teymur Mirzəyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb zəruri istintaq tədbirləri davam etdirilir. Teymur Mirzəyevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.

Son xəbərlər