Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanılıb -VİDEO

20.08.2021 15:52 1 515
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanılıb -VİDEO
Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni “patı”nın qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan dörd nəfər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, əməliyyat zamanı paytaxt sakinləri Camal Mahmudov, Hikmət Zeynalov, Kənan Qasımov və Vüqar Qurbanov tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər. Aşkar olunan narkotik vasitələrin hazır bükümlər formasında olması həmin maddələrin satış məqsədi ilə qablaşdırıldığını deməyə əsas verir.

Faktlarla bağlı 28-ci Polis Bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinə göndərilib. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner