Mojo.az Banner
17:30 Cəbrayılda mina partlayışı: Xəsarət alan var  |     17:26 PKK Türkiyədən tamamilə çıxdı  |     16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |    
Mojo.az Avto
Mojo.az Avto

Həbsdə olan jurnalist aclıq edir: “Bu qədər haqsızlıq olmaz axı...”

15.08.2021 11:18 768
Həbsdə olan jurnalist aclıq edir: “Bu qədər haqsızlıq olmaz axı...”

Binəqədi bələdiyyəsinin keçmiş sədri, həbsdə olan jurnalist Niyaz Niftiyev avqustun 10-dan aclıq aksiyası keçirir. O, heç bir cinayət törətmədiyi halda, günahsız həbsdə saxlanmasına, məhkəmə prosesinin uzadılmasına etiraz edir.

Bizimyol.info xəbər verir ki, jurnalistin ailə üzvləri bununla əlaqədar Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edib. Yaxınları onun günahsız olduğunu, məhkəmədə dindirilən bütün şəxslərin onun xeyrinə ifadə verdiyini vurğulayıblar.
Niyaz Niftiyev Niyaz Niftiyev
Yaxınları onu da bildirib ki, Niyaz Niftiyevin səhhətində problemlər var. Bu səbəbdən qidalanmaya xüsusi diqqət yetirirdi. Aclıq nəticəsində problemlər daha da kəskinləşə və həyatına təhlükə yarana bilər.

“Azadinform” agentliyinin baş redaktoru olan Niyaz Niftiyev 2019-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərində qalib gələrək, Binəqədi bələdiyyəsinin sədri olmuşdu. 2020-ci ilin aprelində isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edildi. O, pandemiya ilə əlaqədar SMS icazə qüvvədə olan dövrdə ayrı-ayrı şəxslərə sərbəst hərəkət edə bilmələri üçün rüşvət alıb, saxta arayış verməkdə ittiham olunur. Həmin arayışlarda vətəndaşların meyvə-tərəvəz satışı, avtotəmir xidməti göstərməsi və s. fəaliyyətlə məşğul olması göstərilib.
Niyaz Niftiyev isə bu ittihamı rədd edir, heç kimdən rüşvət almadığını, kimsəyə də saxta arayış vermədiyini bildirir. Məhkəmədə dindirilən şahidlər də Niyaz Niftiyevə rüşvət vermədiklərini bildiriblər.

Jurnalist Qadir İbrahimli bildirib ki, avqustun 14-də Niyaz Niftiyev telefonla onunla əlaqə saxlayıb və dörd gündür davam edən aclığın səhhətində problemlər yaratdığını deyib. Buna baxmayaraq, o, aclığı dayandırmayacağını da əlavə edib.
Qadir İbrahimli Qadir İbrahimli
“16 ay gözlədim. İstintaq dövründə səsmi çıxarmadım, əxlaq normalarına riayət elədim, fikirləşdim ki, qoy, istintaq getsin. Şahid ifadələrilə ittiham bir-birinə ziddir. Şahidə sual verirəm ki, ifadəni sən vermisən, deyir ki, yox. Bu qədər haqsızlıq olmaz axı. Bu işə xitam, mənə bəarət verilməlidir. Şahidlərin heç biri məni tanımır. Heç bir vəsatətim təmin olunmur, əlavə sənədlər təqdim edirəm, baxılmır. Ümid edirdim ki, normal istintaq gedəcək. Aldatdlar məni. Bu işə xitam verilməyincə əl çəkməyəcəm”, - deyə Niyaz Niftiyev bildirib.

Niyaz Niftiyevlə yanaşı, bələdiyyə sədrinin müavini Mətanət Nəsibova və bələdiyyənin şöbə müdiri Sahib Abışov da ittiham olunur. Lakin Niyaz Niftiyevdən fərqli olaraq, onlar həbsdə deyil.

Niyaz Niftiyev “Tərəqqi” medalı ilə təltif edilib.скачать dle 11.3
Mojo.az Banner