Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ səfirliyi viza ilə bağlı məlumat yayıb

13.08.2021 21:22 768
ABŞ səfirliyi viza ilə bağlı məlumat yayıb
ABŞ-ın Azərbaycandakı səfirliyi viza verilməsi ilə bağlı məlumat yayıb.

“Report” xəbər verir ki, səfirlik COVID-19 pandemiyası ilə əlaqadar olaraq qeyri-mühacir viza əməliyyatlarının adi qaydada yerinə yetirilə bilmədiyini açıqlayıb:

“Hazırda biz, yerli şərtlər, resurslar və təhlükəsizlik məsələləri diqqətə alınmaqla missiya üçün vacib olan viza kateqoriyaları üçün məhdud sayda olan görüş vaxtı təklif edirik. Sözügedən viza kateqoriyalarına müraciət ərizəsinə əsaslanan iş vizaları (H1B və L), heyət vizaları (C1/D), tələbə vizaları (F və M) və mübadilə proqram iştirakçiları üçün verilən (J) vizaları aiddir. Həmçinin müsahibədən azad olunan ərizəçilərdən, onların son 36 ay ərzində qüvvədən düşən biznes və turizm üçün verilən (B1/B2) vizası olduqda, yeni ərizələrini qəbul edirik.

Nəzərinizə çatdırırıq ki, müsahibədən azad olma prosesi yalnız Azərbaycan vətəndaşlarına və Azərbaycanda yaşayış icazəsi olan şəxslərə şamil olunur. Ən son viza müraciətləri imtina ilə nəticələnən ərizəçilər müsahibədən azad olma prosesindən faydalana bilməzlər.

İş həcmindən asılı olaraq, görüş üçün yerlər müvafiq qaydada açılacaq”, - deyə səfirliyin feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, vizaların hazır olma müddəti müxtəlif ola bilər, lakin bir çox hallarda viza prosesi ərizəçilərin müsahibəsindən sonra bir neçə iş günü ərzində tamamlana bilər.скачать dle 11.3
Mojo.az Banner