Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirus sonsuzluq yarada bilir - Uroloq

12.08.2021 21:36 2 643
Koronavirus sonsuzluq yarada bilir - Uroloq
Böyrəklər koronavirus virusuna qarşı çox hıssasdır.

Median.Az
medicina.az-a istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin "İnstagram" səhifəsindəki canlı yayımda Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının dekanı Araz İbrahimov bildirib.

Onun sözlərinə görə, xəstələrin 7-10 faizinin böyrəyi zədələnir, hətta sağlam insanların belə:

"Koronavirus xəstəsi sağlam olsa belə, böyrəyinə təsir edə bilər, çünki aparılan müalicələr zamanı çox ciddi dərman terapiyası gedir. Gündəlik 20-25 tabletka dərman içilir, bunlar böyrək və qaraciyərlə xaric olunur, ona görə də əsas böyrək zədələnir. İkinci tərəfdən, yayılan pnevmaniya bədəndə oksigeni azaldır, kliniki boğulma da olur, beyin, böyrək, ürək və bütün orqanlara da oksigen çatmadığı üçün böyrək zədələnir. COVID zamanı qan laxtalanmasında da pozulma yaranır və damarları zədələyir, bu da böyrəyə zərər verir. Eyni zamanda, ikincili infeksiyalar yaranır, bu da böyrəyə təsir edə bilir".

A. İbrahimov deyib ki, iki ilə yaxındır koronavirus dünyada yayılıb, artıq müəyyən statistikalar hazırlanıb:

"Çində araşdırma statistikasına görə, virusdan ölən xəstələrin 32 faizində kəskin böyrək çatışmazlığı olub. Virusa yoluxanların 3-10 faizində isə ani böyrək çatışmazlığı yarana bilir. Şəkərli diabet xəstələrində böyrəklərin çox hissəsi sıradan çıxır, COVID də buna təsir edir. Eyni zamanda, piylənmədən əziyyət çəkə insanlar da böyrəklə bağlı risk qrupundadır. İnsanların xəbəri olmadan bəzilərində uroloji və onkoloji xəstəliklər var. COVID zamanı qanaxma ola bilər, bu zaman xəstənin uroloji və ya onkoloji xəstəkliyi olduğunu da üzə çıxara bilir. Koronavirus sonsuzluq belə yarada bilir".

Son xəbərlər