Mojo.az Banner
16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputat: “Yoluxma 7-8 dəfə artdı, səhiyyə sistemi artıq yüklənir” - VİDEO

12.08.2021 18:13 1 017
Deputat: “Yoluxma 7-8 dəfə artdı, səhiyyə sistemi artıq yüklənir” - VİDEO
“Son bir ayda qonşu ölkələrdə yoluxma sayında artım müşahidə edirdik. Bu artım öncədən proqnozlaşdırılırdı. Həm yumşaldılmalara gedilməsi, həm də prosesin özünün xarakteri səbəbindən müəyyən zaman kəsimində artımların olmasının mümkünlüyü qeyd edilirdi”.

Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında deputat Müşfiq Məmmədli deyib. O bildirib ki, virusun mutasiyaya uğraması öncədən də proqnozlaşdırılırdı:

“Mutasiyanın hansı istiqamətdə gedəcəyi müqayisə mövzusu idi. Hazırda müşahidə edirik ki, ştammlar yoluxmaların intensivliyinin artması istiqamətində meydana gəlir. Bir ay əvvəl 200 civarında olan rəqəmləri müzakirə edirdik, indi isə bu göstəricinin 7-8 dəfə artmasını müşahidə edirik. Bu rəqəmlər bizə ümumi tablonu izah edir. Real rəqəmlər üçün isə test sayı ilə yoluxma sayı arasında nisbəti müşahidə etməliyik.

Hazırda digər ölkələrlə müqayisədə epidemioloji vəziyyətin idarəolunan olmasını söyləmək olar. Əvvəlki təcrübədə yoluxma 4-5 min nəfəri ötdükdə artıq səhiyyə sisteminin üzərində yükün olmasını müşahidə edirdik. Belə nəticəyə gəlmək olar ki, 2000 nəfəri ötmək səhiyyə sisteminin üzərinə düşən yükün yüksək olma ehtimalının olduğunu göstərir. Buna görə də sürətli vaksinasiyaya və qoyulan qaydalara dırnaqarası yanaşmamaq lazımdır”.скачать dle 11.3
Mojo.az Banner