Ucarda arvadını qətlə yetirən kişiylə bağlı istintaq tamamlanıb
Ucar Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Qasım Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Validə Kərimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Qasım Məmmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.