Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:49 Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı | 14:33 Skuterlərə məcburi dəbilqə tələbi mikromobilliyə zərbə vura bilər - AÇIQLAMA | 14:22 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır - Parlament razılıq verdi | 13:52 Axtarışda olan şəxsi gizlətməyin cəzası AÇIQLANDI | 13:22 Ordubadda itkin düşən şəxs Türkiyədə tapıldı | 13:17 İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA | 12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı | 12:36 İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib | 12:34 Valideynlər uşaqları internet təhlükələrindən necə qorumalıdır? | 12:25 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı | 12:23 Bəzi texnikaların idxalı ƏDV-dən azad olunacaq | 12:22 Beynəlxalq yükdaşımaya vergi güzəşti təklif edilir | 11:51 Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb | 11:50 Azərbaycanda universitetdə əməkhaqqı ilə bağlı yenilik | 11:46 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? | 11:43 Ağsuda ağac 6 yaşlı uşağın ölümünə səbəb oldu | 11:38 Fira Cəlilovanın evinə basqın edilib? - DİN-dən açıqlama | 11:26 Azərbaycanda yükdaşıma ilə bağlı yeni cərimə | 11:16 Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı |
Mojo.az Avto
Mojo.az Avto

Qobustanda arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

03.09.2021 16:36 2 310
Qobustanda arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
2021-ci il martın 18-i Qobustan rayon ərazisində 1986-cı il təvəllüdlü rayon sakini Billurə Rəsulovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Qobustan Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Elnur Rasulov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Billurə Rəsulovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

İş üzrə toplanmış sübutlar əsasında Elnur Rasulova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər