Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:22 Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ | 13:11 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır | 12:51 Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq: Şirkət direktoru hakim qarşısında | 12:50 Sərxoş halda dəfələrlə "102"yə zəng edən şəxs həbs olundu | 12:49 Nağdsız ödənişlərlə bağlı yeni dövlət proqramı hazırlanır | 12:48 Azərbaycan nefti ucuzlaşıb | 12:40 Huanqın "Nvidia"ya qayıdışı onun sərvətini 34 milyard dollar artırdı | 12:27 Ceki Çan qayıdır: "Pik saatı 4" filmi uzun danışıqlardan sonra təsdiqləndi | 12:23 HPV peyvəndinin Azərbaycanda tətbiqi gözlənilir: Tanınmış həkim DANIŞDI | 12:21 Əsginasın həqiqi olub-olmadığını necə yoxlamaq olar? | 12:13 Minimum əməkhaqqı 700 manat ola bilər? – AÇIQLAMA | 12:08 İlham Əliyev Monteneqronun baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib | 12:04 Atasının qətlini sifariş verən şəxs və tanışları yenidən məhkəmə qarşısında | 12:02 Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" | 11:58 Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb | 11:57 Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib | 11:56 Bakıda quraşdırılacaq yeni işıqforların hərəkət qaydaları açıqlandı | 11:36 Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı | 11:28 Bakıda "Prius" 27 yaşlı kişini vurub öldürdü | 11:18 DSX-nin hərbi qulluqçusu vəfat etdi - Səbəb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bələdiyyə sədrinə cinayət işi AÇILDI

02.08.2021 12:52 1 671
Azərbaycanda bələdiyyə sədrinə cinayət işi AÇILDI
Mingəçevir bələdiyyəsinin sədri vəzifəsində işləmiş Coşqun Abdullayevin xidməti dövründə yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Mingəçevir Şəhər Prokurorluğunda aparılan istintaqla Coşqun Abdullayevin bələdiyyənin sədri vəzifəsində işlədiyi 2013-cü ildən 2020-ci il tarixədək olan müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlar arasında nüfuz qazanmaq və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə bələdiyyə adından şəhər sakinlərinin istifadələrinə torpaq sahələrinin ayrılmasına dair saxta bələdiyyə qərarları tərtib etməsi, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı etməsi müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Coşqun Abdullayevə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham elan edilmiş, hazırda istintaq tamamlanaraq cinayət işi baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilib.

Son xəbərlər