Mojo.az Banner
12:47 Arzum məhkəmə zalında həbs edildi - 5 il 2 ay cəza kəsildi (FOTO)  |     12:41 "Brent" neftinin qiyməti 71 dollardan aşağı düşüb  |     12:17 Faciəli şəkildə həlak olan DSX hərbçisinin FOTOSU  |     12:15 Gəncədə xəstəxanada həyatını itirən azyaşlının ölüm SƏBƏBİ AÇIQLANDI (Yenilənib)  |     12:10 Bu qəsəbədə bankomat yoxdur: Yaşlılar kilometrlərlə yol qət edir  |     11:39 Avtomobil ehtiyat hissələri bahalaşıb - Video  |     11:34 Bakıda dondurulmuş toyuq ətinə tələbat artıb - VİDEO  |     11:25 Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO  |     11:22 Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib - FOTO  |     11:19 Dünyanın ən güclü 10 pasportu - SİYAHI  |     00:04 Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO  |     22:25 Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar  |     21:00 Təyyarələrdə niyə həmişə soyuq olur? – Stüardessa səbəbini açıqladı  |     20:53 "GO" içdi, marşrutda sərnişinin pul kisəsini oğurladı  |     20:48 Finlandiya ev telefonları ilə vidalaşdı: Azərbaycan da bu təcrübədən istifadə edə bilərmi?  |     20:40 Son altı ayda ölkədə nə qədər zəlzələ baş verib? - Rayonlar açıqlandı  |     20:35 Bakının bu ərazilərində evlər 35 faiz bahalaşacaq - Qiymətlər açıqlandı  |     20:29 Mədədə bir neçə gün qala bilirlər: Ən gec həzm olunan qidalar (SİYAHI)  |     20:27 İnsanlar niyə çox pulları olsa belə, ikinci əl əşyalar alırlar? - Psixoloqların cavabı  |     20:22 Dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb  |    
Left Banner
Right Banner

Baş həkim qazinin ayağını müayinə etmək üçün pul tələb edib? - VİDEO

30.07.2021 18:08 1 311
Baş həkim qazinin ayağını müayinə etmək üçün pul tələb edib? - VİDEO
Mingəçevir şəhər Mərkəzi xəstəxanasında baş həkim Eldar Kərimov tərəfindən qazinin ayağını müayinə etmək üçün pul tələb edilməsi iddia edilib.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktor əvəzi, baş həkim Eldar Kərimov sosial şəbəkədə Vətən müharibəsi qazisinin tibb müəssisində ondan qeyri-qanuni pul tələb etməsi ilə bağlı yaydığı video görüntülərinə münasibət bildirib.

E.Kərimovun Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə bu gün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında baş verib:

“Vətən müharibəsinin qazisi Muradov Orxan Fazil oğlu xəstəxanaya aşağı ətrafın rentgeni üçün müraciət edib. Rentgen şəkli çəkildikdən sonra o, rentgen texnikinə plyonkanın ona təqdim olunması üçün müraciət edib. Ona bildirilib ki, rentgen plyonkasının verilməsi üçün 4 manat məbləğində rüsum ödənilməlidir.

Qaziyə izah edilib ki, rentgen plyonkasının çıxarılması xərci İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olmadığından bu vəsait vətəndaş tərəfindən qarşılanır. Qazi buna etirazını bildirib və mənim otağıma daxil olub əlindəki mobil telefonla çəkiliş aparıb.

Hadisə ilə bağlı qazının şikayətini dinlədim və bildirdim ki, rentgen plyonkası üçün ondan istənilən məbləğ qanun çərçivəsində istənilir və onun şikayətinə qanuna uyğun baxılacaqdır. Mənim söylədiklərimlə razılaşmayan qazımızı sakitləşdirmək üçün mən öz şəxsi vəsaitim hesabına qazinin rentgen plyonkası xərclərini ödəmişəm”.скачать dle 11.3
Mojo.az Banner