Mojo.az Banner
22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |     21:01 DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?  |     20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |    
Mojo.az Avto
Mojo.az Avto

Britaniya ordusuna qarşı iddia qaldırıldı

28.07.2021 12:34 873
Britaniya ordusuna qarşı iddia qaldırıldı
Keniyanın Nanyuki şəhərində bir qrup lobbiçi və minə yaxın yerli sakin Britaniya ordusuna qarşı iddia qaldırıb.

Onlar iddia edir ki, Britaniya ordusunun hərbi manevri əsnasında qoruqda dağıdıcı yanğın meydana gəlib.

Bu barədə BBC xəbər yayıb.

Mart ayında britaniyalıların təlimləri Keniya qoruğunda genişmiqyaslı yanğınla başa çatmış, ixtisaslaşmış xidmət orqanları isə uzun müddət yanğının öhdəsindən gələ bilməmişdi. Yanğının rəsmi səbəbi isə açıqlanmayıb. Bir ay əvvəl Nanyukidən səkkiz kilometr məsafədə, Britaniya hava bazasında yeni qərargahın və təlim mərkəzinin açılışı olub.

Televiziya və radio şirkətinin verdiyi məlumata görə, yerli sakinlər yanğının azı dörd gün davam etdiyini və indiyədək görünməmiş hadisə olduğunu deyiblər.

Məhkəmədə iddiaçı tərəf bildirib ki, təlimlər həm insanların təmiz və sağlam ətraf mühitini, həm də təhlükəsiz hərbi təlim standartlarını pozub. Eyni zamanda, səs-küydən və yanğından qaçan vəhşi heyvanlar evləri zəbt edib, məhsulu məhv ediblər. Onlar Britaniya ordusunun və ətraf mühiti mühafizə orqanlarının məsuliyyətə cəlb edilməsini istəyirlər.скачать dle 11.3
Mojo.az Banner