Mojo.az Banner
11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |     11:36 Ölkədə doğulanların sayı azalıb  |     11:34 Azərbaycan əhalisinin sayı AÇIQLANDI  |     11:33 Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir  |     11:32 Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı - Video  |     11:31 Zaqatalada kişi meyiti aşkarlandı: Ərazidə ov tüfəngi tapıldı  |     11:30 Bəzi rayonlarda duman müşahidə olunur - Faktiki hava  |     11:29 Azərbaycan nefti ucuzlaşıb  |     11:27 Alla Axundova VƏFAT ETDİ - FOTO  |     11:26 "Qəbələ" Elvin Camalovu heyətinə qatdı - RƏSMİ  |     11:25 19 yaşlı Xədicənin ölümünün təfərrüatı: Qonşular əl qumbarasının evə necə gətirildiyini açıqladılar - VİDEO  |     11:15 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar  |     23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |    
Mojo.az Avto
Mojo.az Avto

Böyük Britaniya Əfqanıstana hava zərbələri endirəcəyini elan edib

07.07.2021 12:01 864
Böyük Britaniya Əfqanıstana hava zərbələri endirəcəyini elan edib
Böyük Britaniya öz qoşunlarını Əfqanıstandan çıxartsa da terrorizmə qarşı mübarizəni davam etdirmək niyyətindədir və terrorçuların mövqelərinə hava zərbələri endirmək hüququnu qoruyub saxlayır.

TASS agentliyi xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi jurnalistlərə açıqlama verərkən söyləyib.

O, Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Suriya və İraqda “İŞİD”ə qarşı həyata keçirilmiş “Shader” əməliyyatlarına işarə edib.

C. Hippi Əfqanıstanda da hadisələrin oxşar xətt üzrə inkişaf edəcəyi təqdirdə belə planların nəzərdə tutulduğunu istisna etməyib.

Xatırladaq ki, London 2014-cü ildə “Shader” əməliyyatı çərçivəsində terrorçuların hədəflərinə iki minə yaxın hava hücumu təşkil edib.скачать dle 11.3
Mojo.az Banner