Mojo.az — elanlar
RU
Son Xəbərlər
11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Suraxanıda qanunsuz su xətləri ləğv edilib: İstifadəyə görə dəymiş ziyan hesablanır

12.07.2021 16:18 837
Suraxanıda qanunsuz su xətləri ləğv edilib: İstifadəyə görə dəymiş ziyan hesablanır
Suraxanı rayonunda fərdi yaşayış evləri və obyektlərin su təchizatı sistemlərinə baxış keçirilib.

“Azərsu” ASC-dən verilən məlumata əsasən, nəticədə içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, AB massivi 80 ünvanında həyata keçirilən nəzarət tədbirləri zamanı ət kəsimi məntəqəsində sudan uçotsuz istifadə faktları üzə çıxıb. Məlum olub ki, obyekt sahibi əhali su xəttinə qoşulmaqla üç müxtəlif nöqtədən özbaşına su xətti çəkib.

Rayonun Dədə Qorqud qəsəbəsində isə ferma və əkin sahəsinin sayğacdankənar çəkilmiş su xətti vasitəsi ilə sulandığı aşkarlanıb. Yoxlama zamanı məlum olub ki, sahibkar texniki şərt almadan və müqavilə bağlamadan yaxınlıqdan keçən su kəmərinə qanunsuz müdaxilə edib.

Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində Qum bazarı adlanan ərazidə də içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb. Hövsan qəsəbəsi Quşçuluq adlanan ərazidə isə bəzi fərdi yaşayış evlərinə icazəsiz su xətləri çəkilib.

Bütün hallarda qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq özbaşına çəkilmiş qanunsuz xətlər ləğv edilib.

Qeyd edək ki, 2021-ci ilin altı ayı ərzində sudan qanunsuz istifadə ilə bağlı Suraxanı rayonu üzrə isə 493 fakt aşkarlanıb və 135 min kubmetr həcmində sərfiyat bərpa olunub.

Son xəbərlər