Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

Bakının Qaradağ rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb

28.02.2024 17:47 870
Bakının Qaradağ rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Qaradağ rayonunda sudan qanunsuz istifadə halları aşkarlayıb.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir.

Müşfiqabad qəsəbəsində fəaliyyət göstərən supermaketin su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyektin su təchizatı sisteminə qoşulmaq üçün texniki şərti yoxdur və müqavilə bağlanmayıb. Supermarketin su təchizatı şəbəkəyə özbaşına qoşulmuş xətt vasitəsilə aparılıb.

Qobu Park yaşayış massivində çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən “Kabab evi”ndə sudan qanunsuz istifadə halı aşkar edilib. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan binanın daxili su təchizatı sisteminə özbaşına birləşmə verib.

Lökbatan qəsəbəsi yaxınlığında yerləşən məişət avadanlıqlarının saxlanma anbarında da içməli sudan uçotsuz istifadə aşkarlanıb. Anbar sahibi texniki şərt almadan və müqavilə bağlamadan yaxınlıqdan keçən su kəmərindən özbaşına su xətti çəkib.

Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.

"Vətəndaşların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni, sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq", - deyə agentlik bəyan edib.

2023-cü ildə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 15533, Qaradağ rayonunda isə 159 fakt aşkarlanaraq qarşısı alınıb.

скачать dle 11.3
Mojo.az Banner