23:04 VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib  |     22:41 Avtomobil almaq istəyənlərin nəzərinə - Yanvarın 1-dən..  |     22:23 ABŞ-dən İraqa XƏBƏRDARLIQ  |     22:06 Daha 10 təqsirləndirilən şəxslə bağlı sübutlar elan olundu - MƏHKƏMƏ  |     21:43 İçərişəhərdə Zəfər Gününə həsr olunmuş musiqili parad keçirilib - Video  |     20:56 Bu məktəbə direktor təyin edildi  |     20:39 Peskovun ulu babası Bakıda güllələnibmiş  |     20:28 Sumqayıtda "motosiklet dələduzluğu" - İcarəyə götürdü, sonra satdı  |     20:28 Gəncədə qadın qətlə yetirildi  |     19:38 Türkiyənin müdafiə naziri Azərbaycana gəlib  |     19:24 Milli Qəhrəman Pəncəli Teymurovun anası: "İnanırdım ki, Prezidentimiz oğluma yüksək dəyər verəcək"  |     19:09 Ruben Amorim ən yaxşı seçildi  |     18:55 Qaradağda erkən nikahın qarşısı alındı  |     17:59 Azərbaycanda növbəti torpaq hərracları elan edildi  |     17:52 Metro Zəfər Günü gücləndirilmiş rejimdə işləyəcək  |     17:24 Prezidentin "Milli Qəhrəman" adı ilə təltif etdiyi Pəncəli Teymurov kimdir?  |     17:23 Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsinə dəyişiklik edildi  |     17:03 "Pajiznicesi" ləqəbli bloqer həbs edildi  |     17:01 Bloqer Tural Sadıqlının da ittiham olunduğu cinayət işi yeni hakimin icraatına verilib  |     16:14 Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib  |    

Abşeronda sudan qanunsuz istifadə edənlərə qarşı reyd keçirildi - VİDEO

Abşeron rayonu Masazır qəsəbəsində gecə saatlarında keçirilən reyd zamanı yaşıllıqların suvarılması üçün nəzərdə tutulan su təchizatı sistemindən avtoyuma məntəqəsinə qeyri-qanuni xəttin çəkilməsi aşkar olunub.

Hökməli qəsəbəsində isə sudaşıyan maşınlara suyun doldurulmasının qarşısı alınıb. Belə bir hal Xəzər rayonu Mərdəkan qəsəbəsində də aşkarlanıb. Su satışı ilə məşğul olan şəxs yanğın hidrantından qanunsuz su doldurarkən yaxalanıb.

Baku TV xəbər verir ki, aparılan nəzarət tədbirləri çərçivəsində Abşeron, Binəqədi, Sabunçu rayonlarında OBA və “Almarket” şəbəkələrinə məxsus bir neçə mağazada, “Ucuzluq”, eləcə də Bakı-Sumqayıt yolunun kənarındakı Super marketdə sudan uçotsuz istifadə hallarının qarşısı alınıb.

Ceyranbatan-Maştağa yüksək təzyiqli magistral su xəttinin Ramana qəsəbəsindən keçən hissəsində isə 110 mm diametrli borularla qeyri-qanuni xətt vasitəsilə götürülən sudan ərazidəki istixana kompleksində suvarma məqsədilə istifadə edildiyi məlum olub. Magistral xəttin Savalan yaşayış massivindən keçən hissəsində bir qrup şəxs kəmərə müdaxilə edərək ərazidə süni sututar yaradaraq heyvanların sulanması üçün istifadə edib.

Ən çox müdaxilə hallarına qəsəbələrin yeni salınan massivlərində rast gəlinir. Belə ki, Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsinin sakinləri tərəfindən özbaşına tikinti normalarına cavab verməyən su şəbəkəsinin yaradılması və magistral xəttə qoşulma faktı aşkarlanıb. Xəzər rayonu Binə qəsəbəsindəaparılan nəzarət tədbirləri zamanı vətəndaşların xüsusi texnikaların köməyi ilə xəndəyin qazılması və uzaq məsafədən su xəttinin çəkilməsinə hazırlıqların görüldüyü aşkar edilib.

"Əsas məqsəd su itkilərinə səbəb olan qeyri-qanuni müdaxilə hallarının aradan qaldırılması, itirilmiş sərfiyyatın bərpa edilməsidir. Bu məqsədlə Azərsu Aparatının və yerli sukanal idarələrinin əməkdaşlarından ibarət işçi heyətlər yaradılıb, gündüz və gecə saatlarında ərazilərə baxış keçirirlər. Aşkarlanmış hallar əsasən, magistral və şəbəkə su xətlərinə qoşulmalarla bağlıdır. Bu daha çox şəhərin şərq hissəsini əhatə edir. Bu su itkiləri rayon sukanal idarələrinin xidməti ərazisində suyun dayanıqlığına təsir edir."

Bu sözləri "Azərsu” ASC-nin departament rəisi Əbülfəz Kərimzadə Baku TV-yə verdiyi müsahibəsində qeyd edib.

Bütün hallarda qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq özbaşına çəkilmiş qanunsuz xətlər ləğv edilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            864 19.08.20 23:43