Mojo.az — elanlar
Son Xəbərlər
18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Abituriyentlərin NƏZƏRİNƏ: DİM bəzi imtahanların vaxtını dəyişdirdi

06.07.2021 12:51 1 044
Abituriyentlərin NƏZƏRİNƏ: DİM bəzi imtahanların vaxtını dəyişdirdi
Dövlət İmtahan Mərkəzi “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə imtahan tarixi 19 iyul yazılmış abituriyentlərə müraciət edib.

Mərkəzdən bildirilib ki, Nazirlər Kabinetinin İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında 1 iyul 2021-ci il tarixli Qərarına əsasən, 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

Ona görə də DİM tərəfindən Təsviri sənət istiqaməti üzrə 19 iyul 2021-ci il tarixində nəzərdə tutulmuş imtahanlar 17 iyul tarixinə keçirilib.

Qabiliyyət imtahanına buraxılış vərəqəsində 19 iyul tarixi üçün Rəngkarlıq (10) komissiyasının rəngkarlıq imtahanı və Heykəltəraşlıq (12) komissiyasının yapma imtahanı qeyd edilmiş abituriyentlər 17 iyul tarixində imtahana gəlməlidirlər.

Bu abituriyentlər yenilənmiş buraxılış vərəqələrini DİM-in saytından çap edə bilərlər.

https://eservices.dim.gov.az/qabiliyyet

Son xəbərlər