Mojo.az Banner
14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu abituriyentlər imtahan vaxtını seçməlidir

09.07.2021 21:44 864
Bu abituriyentlər imtahan vaxtını seçməlidir
Dövlət İmtahan Mərkəzi bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanı verən abituriyentlərə müraciət edib.

DİM-dən verilən məlumata görə, 14 və ya 15 iyul tarixində ixtisas qrupları üzrə qəbul imtahanı olan abituriyentlər qabiliyyət imtahanını 14, 15 və ya 16 iyul tarixlərinin hər hansı birində verə bilərlər.

14, 15 və 16 iyul tarixlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 21 iyun - 1 iyul tarixlərində qeydiyyatdan keçən abityuriyentlər üçün bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanları keçiriləcəkdir. 14 və ya 15 iyul tarixlərində ixtisas qrupları üzrə qəbul imtahanı olan abituriyentlər qabiliyyət imtahanını qeyd edilmiş 3 imtahan gününün hər hansı birində verə bilərlər.

İmtahana gələrkən abituriyent aşağıdakı sənədləri özləri ilə gətirməlidirlər.

- qabiliyyət imtahanına buraxılış vərəqəsini;

- sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

c) imtahana buraxılış vərəqi (test imtahanı)

Məşqçilik (61) və Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (62) komissiyaları üzrə qabiliyyət imtahanına gələcək hər bir abituriyent komissiyaya sağlamlıq haqqında arayış təqdim etməlidir(forma-86). İmtahana gələrkən idman forması gətirməyən abituriyentlər qabiliyyət imtahanlarına buraxılmırlar.скачать dle 11.3
Mojo.az Banner