Mojo.az Banner
15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukraynalı deputat “ASAN xidmət” haqqında: “Bizdən xeyli irəliyə getmisiniz”

30.06.2021 13:49 1 998
Ukraynalı deputat “ASAN xidmət” haqqında: “Bizdən xeyli irəliyə getmisiniz”
Ukrayna əhaliyə xidmətlərin göstərilməsi üzrə işin yaxşılaşdırılması üçün Azərbaycanın təcrübəsini mənimsəməkdə maraqlıdır.

Bunu ukraynalı millət vəkili Larisa Bilozir “Report”un Şərqi Avropa Bürosuna verdiyi müsahibəsində deyib.

“Hazırda İnzibati Xidmətlər Mərkəzi ilə işləyirik. Bu sahədə Azərbaycandan öyrənəcəyimiz çox şey var. Sizdə hər şeyin bir mərkəzdə necə baş verdiyini gördük yəni orada təkcə inzibati deyil, həm də sosial xidmətlər göstərilir. Hətta polislə əlaqəli olan xidmətlər – sürücülük vəsiqələrinin, pasportların verilməsi – orada həyata keçirilir. Kommunal xidmətlər üçün belə orada əvvəlcədən ödəniş etmək olar. Hər şey bir yerdə baş verir və ayrı-ayrı strukturlara getmək məcburiyyətində qalmırsan. Bizim də inzibati xidmətlər mərkəzlərimiz var. Ancaq bununla bağlı kiçik bir problem var - nazirliklər səlahiyyətlərinin bir hissəsini bölüşmək istəmirlər, çünki bu, puldan, daxilolmalardan, xüsusi fondlardan imtina etmək deməkdir”, - ukraynalı deputat deyib.

“Bizdən çox irəliyə getmisiniz. Biz də bunu Ukraynada tətbiq etməyə və xidmətlərin bir yerdə - xidmət mərkəzlərində göstərilməsinə çox çalışırıq”, - L.Bilozir əlavə edib.

Millət vəkili qeyd edib ki, Ukrayna bu sahədə Azərbaycanın təcrübəsini mənimsəyir: “Siz də bu çox yaxşı təşkil olunub. Azərbaycana getmək və bunun necə işlədiyini görmək istərdim... Düşünürəm ki, gələn il mütləq fürsət tapacağam və altkomitə üzvləri ilə birlikdə hər şeyi öz gözlərimizlə görəcəyik”.скачать dle 11.3
Mojo.az Banner