Bakıda yeni Nəbatat bağı salınacaq
Bu barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı deyib.
O bildirib ki, əhalinin sayı artıqca alternativ nəqliyyat vasitələrinə də ehtiyac artır:
“Məqsəd insanlar üçün ictimai nəqliyyatın əlçatan olmasına çalışmaqdır. Bakıda hiprid yaşıl dəhlizlərin salınması nəzərdə tutulur ki, bu da yaşıllıqların artırılmasına xidmət edəcək. Göllərin regenerasiyası məsələsi çərçivəsində Xocasən gölü ətrafında yeni Nəbatat bağının salınması nəzərdə tutulur. Milli parklarımızın ərazisinin genişləndirilməsi planlaşdırılır”.