Mojo.az Banner
17:03 3-cü kurs tələbəsi vəfat etdi  |     16:55 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib  |     16:39 Bu şəxslər üçün viza proseduru sadələşdirildi  |     16:22 Lənkəranda 3 gün əvvəl döyülən oğlan xəstəxanada öldü  |     16:12 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı  |     16:09 Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - FOTO  |     16:05 Azərbaycanda bu institut ləğv olunur  |     14:47 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb  |     14:32 Könüllü qanvermə aksiyası keçiriləcək  |     14:30 Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı  |     14:16 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü - FOTO  |     14:10 Tıxacda qalmaq istəmirsinizsə, bunları bilməlisiniz  |     13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |     12:47 Bakıda restoranda mühafizəçinin meyiti tapıldı  |     12:46 Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş: Adları bilindi  |     12:45 Tıxaca düşən deputat iclasa gecikdi: "Üzr istəməlidirlər"  |     12:43 Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi: Təfərrüat məlum oldu - Foto (Yenilənib)  |     12:41 Rumıniyada sabiq prezidentliyə namizəd həbs olundu  |     12:38 Ramiz Mehdiyevin məhkəməsi oldu - VİDEO (YENİLƏNİB)  |    
Mojo.az Avto
Mojo.az Avto

İlon Maskın yeni açılan sürətli yeraltı tuneli istifadəçilərini məyus etdi

11.06.2021 12:49 966
İlon Maskın yeni açılan sürətli yeraltı tuneli istifadəçilərini məyus etdi
İlon Maskın sahibi olduğu “The Boring Company” şirkəti tərəfindən layihələndirilmiş sürətli yeraltı tunel istifadəyə verilib.

İlk “Loop Transportation System” yeraltı tuneli Los-Ancelesdəki konfrans mərkəzinin altında inşa olunub. İki ədəd birtərəfli tuneldən ibarət nəqliyyat infrastrukturu gözlənilən ümidləri doğrultmayıb.

Belə ki, öncədən bəyan olunduğu kimi, tunelin daxilində Tesla avtomobili ilə saatda 200 km/saat sürətlə hərəkət etmək mümkün olmayıb. Avtomobillərin sıxlığından maksimal sürət yalnız 60 km/saata çatıb. Bununla yanaşı, tunel yalnız üç dayanacaqdan ibarət olduğu üçün onun vasitəsilə konfrans mərkəzinin istənilən yerinə gedib çatmaq elə də əlverişli deyil.

Bir sözlə, iki il ərzində inşa olunan tunel onu səbirsizliklə gözləyənləri məyus edib. Onun inşasının davam etdiriləcəyi isə sual altındadır. Ən azı ona görə ki, tunelin hər 1.5 km-lik hissəsi 1 milyard dollara başa gəlir.скачать dle 11.3
Mojo.az Banner