Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Danimarka və Almaniya Baltik dənizində sualtı tunel inşa edəcəklər

29.06.2024 19:09 1 473
Danimarka və Almaniya Baltik dənizində sualtı tunel inşa edəcəklər
Danimarka və Almaniya 2029-cu ilə qədər Baltik dənizinin altında müvafiq olaraq Redbyu şəhərini Putqarten icması ilə birləşdirmək üçün sualtı tunel inşa edəcəklər.

Bu barədə "Naked Science" nəşri məlumat yayıb.

"Səyahətçilər Femarnbelt tunelindən keçmək üçün ya yeddi dəqiqə qatarla, ya da 10 dəqiqə avtomobillə gəzintiyə çıxmalı olacaqlar. Bu gün bərə ilə bu su maneəsini aşmaq 45 dəqiqə çəkir", - nəşr qeyd edib.

Tunelin eninə görə Qərbi Avropada ən böyüyü olacağı və istismar müddətinin azı 120 il olacağı gözlənilir. Tunel suyun altında orta hesabla 40 metr dərinlikdə quraşdırılacaq.

Son xəbərlər