Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

İlon Maskın kapitalı “ExxonMobil”in kapitallaşmasını ötüb

27.10.2021 23:46 1 611
İlon Maskın kapitalı “ExxonMobil”in kapitallaşmasını ötüb
İlon Maskın sahibi olduğu “Tesla” şirkətinin maliyyələşməsi 1 trilyon ABŞ dollarını ötdükdən sonra onun şəxsi kapitalı 300 milyard dollara yaxınlaşır. Bu isə dünyanın ən böyük neft-qaz şirkətlərindən biri olan “ExxonMobil”in dəyərini ötməyə kifayət edir.

“Report” xəbər verir ki, bu barədə “CNN Business” məlumat yayıb.

“Bloomberg Billsaires”in məlumatına görə, oktyabrın 25-də İlon Maska məxsus aktivlərin dəyəri 289 milyard ABŞ dolları təşkil edib. Bu, “ExxonMobil” neft-qaz şirkətinin kapitallaşmasını (272 milyard ABŞ dolları) üstələyir.

Bundan əlavə, Maskın aktivləri Bill Qeyts və Mark Zukerberq kimi multimilyarderlərin ümumi sərvətindən daha artıqdır.

Bu cür sürətli artım “Hertz” icarə xidmətinin öz donanması üçün 100 min “Tesla” elektromobili aldığını elan etməsi və “Morgan Stanley”nin nüfuzlu analitiki Adam Consun “Tesla”nın qiymətli kağızlarının proqnoz dəyərini bir səhm üçün 1 200 ABŞ dollarına qədər qadırmasından sonra “Tesla” səhmlərinin sutka ərzində 12%-dən çox bahalaşması ilə izah edilə bilər.

Qeyd olunur ki, “Tesla”nın bazar dəyəri Yaponiyanın “Toyota” avtomobil korporasiyasının kapitallaşmasından - təxminən 280 milyard ABŞ dolları təşkil edir - üç dəfə çoxdur.

Son xəbərlər