Mojo.az Banner
15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Daha bir şirkət direktoruna cinayət işi açılıb

07.06.2021 19:14 924
Daha bir şirkət direktoruna cinayət işi açılıb
“Ceyhun 1994” və “Sanqalan-M” MMC-in direktoru barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

“Ceyhun 1994” və “Sanqalan-M” MMC-in direktoru Ceyhun Qurbanzadənin qanunsuz əməlləri ilə əlaqədar aparılan araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan ibtidai istintaqla Ceyhun Qurbanzadənin qeyd olunan vəzifədə işləyərkən direktoru olduğu müəssisələrin Ağsu Rayon İcra Hakimiyyəti, rayonun Kommunal Müəssisələr Kombinatı, Mənzil İstismar Sahəsi, “Yaşıllaşdırma və Abadlaşdırma” MMC və RİH başçısının Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2019-cu ildə keçirilən kotirovka sorğularında qalib elan edilməsi yolu ilə dövlət büdcəsindən ayrılan ümumilikdə 31 min manat məbləğində pul vəsaitinin müxtəlif qanunsuz üsullarla müvafiq bank hesablarına köçürülüb nağdlaşdırmasına, iş həcmini şişirtməklə xeyli miqdar təşkil edən həmin məbləği mənimsəməsinə, eləcə də qeyd edilən qanunsuz hərəkətləri törədə bilməsi üçün müvafiq informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Ceyhun Qurbanzadəyə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə vurulmuş ziyanın tam ödətdirilməsi təmin edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilib.скачать dle 11.3
Mojo.az Banner