Mojo.az Banner
14:39 Fransada bəzi məmurlar narkotik testindən sonra işdən kənarlaşdırılıblar  |     14:33 Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - 23.07.2026  |     14:25 Dünyada yanacaq tədarükü təşvişi - NEFT BAHALAŞDI  |     14:20 Bakıda binalardan birində liftlərin fəaliyyəti dayandırıldı  |     14:13 Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır  |     14:05 ABŞ Səudiyyə Ərəbistanının dinc nüvə proqramını dəstəklədi  |     14:00 Avropada anomal istilərin səbəbi açıqlanıb  |     13:54 Yay mövsümündə dişləri zədələyən əsas amillər - Mütəxəssisdən vacib tövsiyələr  |     13:45 Xəzərdə batmaqda olan iki nəfər XİLAS EDİLDİ  |     13:40 Nabranda FACİƏ: 17 yaşlı qız dənizdə boğuldu  |     13:31 Nigar Rüstəmliyə yüksək vəzifə verildi  |     13:30 Venesuelada zəlzələ qurbanlarının sayı artır: Son statistika açıqlandı  |     13:01 "Qarabağ"ın rəqibinin futbolçusu: "Bizim üçün heç-heçə məğlubiyyətə bərabərdir"  |     12:51 "Arzum" həbsdən BURAXILDI  |     12:45 Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi  |     12:39 Qızıl və gümüş bahalaşmaqda davam edir  |     12:25 Alkoqolsuz içki adı ilə ölkəyə ölkəyə külli miqdarda psixotrop maddə keçirmək istədilər - Video  |     23:02 2026-cı ilin ən fəal startap investorlarının reytinqi açıqlandı  |     22:55 Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı  |     22:46 Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır  |    
Left Banner
Right Banner

Si Cinpin: Çin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəkləyir

02.06.2021 22:29 1 509
Si Cinpin: Çin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəkləyir
Çin-Azərbaycan münasibətləri yeni tarixi mərhələnin astanasındadır.

“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə telefon söhbətində vurğulayıb.

Si Cinpin bildirib ki, hər iki ölkə ənənəvi dostluğu inkişaf etdirir, əməkdaşlığı dərinləşdirir və qarşılıqlı dəstəyi artırır. ÇXR Sədri Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini vurğulayıb.

Dövlət başçıları qeyd ediblər ki, 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunacaq və bu əlamətdar hadisə iki ölkə arasında əlaqələrin daha da inkişafına imkan yaradacaqdır.

Dövlət başçıları hər iki ölkənin “Bir kəmər bir yol” layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin birgə əlaqələndirilməsinin və mövcud imkanlardan faydalanmağın əhəmiyyətinə toxunublar. Həmçinin iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığı dərinləşdirməsinin, Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılmasını təşviq etməsinin zəruriliyi qeyd olunub.

Si Cinpin Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu daha da təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib. Eyni zamanda, o, Çinin Azərbaycandan yüksək keyfiyyətli xüsusi məhsulları idxal etmək niyyətində olduğunu vurğulayıb.

Söhbət əsnasında iki ölkənin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq etmək üçün birgə səylər göstərməyə hazır olduğu qeyd edilib.
скачать dle 11.3
Mojo.az Banner