Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Həkimlər poliklinikaların birləşdirilməsinə etiraz edir

29.05.2021 22:58 2 649
Həkimlər poliklinikaların birləşdirilməsinə etiraz edir
Bakıda yerləşən 7 saylı Uşaq Poliklinikasının həkimləri xəstəxananın 8 saylı Şəhər Poliklinikası ilə birləşdirilməsinə etiraz edir.

Bu barədə "Qafqazinfo" ya müraciət edən həkimlər bildirir ki, koronavirus pandemiyasının davam etdiyi dövrdə uşaqlarla böyükləri bir arada qəbul etmək çətindir:

"Uşaq poliklinikası əsasən əlil uşaqlara xidmət edir. Onların valideynləri də birləşdirilmə məsələsindən narazıdırlar. Çünki həmin uşaqları xəstəxanaya gətirmək üçün məsafə də çoxalıb. Eyni zamanda, pandemiya şəraitində xəstəxanada sıxlıq çox olur. Bundan əlavə, 8 saylı Şəhər Poliklinikasının vaksinasiya məntəqəsi olması da sıxlığı daha da artırır".

"Qafqazinfo" sözügedən məsələylə bağlı İcbari Tibbi Sığorta Agentliyinə sorğu göndərib. Sorğumuza cavab olaraq bildirilib ki, ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı həyata keçirilən islahatlar çərçivəsində əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədi ilə səhiyyə sistemində optimallaşdırılma işləri aparılmaqdadır.

Bununla əlaqədar olaraq, ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış tibbi yardımın ayrı-ayrı tibb müəssisələrində göstərilməsi nəzərdə tutulub. Struktur dəyişikliklərinin tərkib hissəsi olaraq Nərimanov rayonu ərazisində yerləşən 4 və 37 nömrəli şəhər poliklinikalarının, 7 və 14 nömrəli uşaq poliklinikalarının, 7 nömrəli Qadın Məsləhətxanasının bazasında ilkin səhiyyə xidməti üzrə tibbi müəssisələri - Ailə Sağlamlıq Mərkəzləri (ASM) yaradılıb.

Bu yeniliyin əhali üçün əhəmiyyəti ondan ibarətdir ki, bütün ailə üzvləri bir məkanda - ASM-də tibbi xidmətdən yararlana biləcəklər. Əvvəllər böyüklər, uşaqlar üçün 2 ayrı poliklinika fəaliyyət göstərirdi. İndi isə valideyn özünün və övladının səhhəti ilə bağlı narahatlıq yarandığı zaman bir tibb müəssisəsinə, yəni ASM-ə müraciət edəcək. Bu, vətəndaşların ilkin səhiyyə xidməti üzrə tibbi xidmətləri bir məkanda əldə etməklə onların rahatlığına xidmət edəcək.

İlkin səhiyyə xidməti pasiyentlərin ilk müraciət etdiyi tibbi xidmət pilləsi olub əlçatanlıq, bərabərlik prinsiplərinə əsaslanan, davamlı və ilkin tibbi-sanitar xidmətləri özündə birləşdirən səhiyyə sisteminin mühüm tərkib hissəsidir. Bu baxımdan tibbi sığorta mexanizmində ilkin səhiyyə xidmətinin səmərəli təşkili və ailə həkimi institutunun formalaşmasının ən əsas amil olduğunu nəzərə alaraq, qeyd olunan tibb müəssisəsində yalnız ailə həkimlərinin fəaliyyət göstərməyi məqsədəuyğun hesab edilir.

Struktur dəyişiklikləri çərçivəsində ixtisaslaşdırılmış tibbi yardım isə Nərimanov rayonunda yerləşən 5 tibb müəssisəsində göstərilir. Bunlar 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasının ambulator-poliklinik şöbəsi, 6 nömrəli Uşaq Poliklinikası, 8 və 18 nömrəli Şəhər Poliklinikaları, 5 nömrəli Şəhər Klinik Xəstəxanası və onun nəzdindəki Yanıq Mərkəzinin ambulator-poliklinik şöbəsidir.

İxtisaslaşdırılmış tibbi yardımın ilkin səhiyyə xidmətindən ayrılaraq ambulator-poliklinik müəssisələrdə təşkil olunması poliklinikalardakı ixtisaslı həkimlərin xəstəxanalarda çalışmasına imkan verəcək.

İxtisaslaşdırılmış tibbi yardım göstərən tibb müəssisələrində USM, rentgenoqrafiya, laborator müayinələr kimi diaqnostik xidmətlər vətəndaşlara təqdim olunur. Həmin tibb müəssisələri müxtəlif profilli həkimlərlə komplektləşdirilir.

Məlumat üçün bildiririk ki, 2021-ci il aprel ayının 1-dən etibarən icbari tibbi sığortanın ölkə miqyasında tam tətbiqinə başlanılıb. İcbari tibbi sığortanın tətbiqinin əsas məqsədi əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, tibbi xidmətlərin keyfiyyətinin artırılması və vətəndaşların sağlamlıqla bağlı maliyyə yükünün azaldılmasıdır.скачать dle 11.3
Mojo.az Banner