Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:47 Bir cihazdan müxtəlif bank hesablarına giriş mümkün olmayacaq | 11:46 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib | 11:45 Gümüş kəskin ucuzlaşdı | 11:44 Bir nəfərin öldüyü, üç nəfərin yaralandığı dava ilə bağlı şikayət verildi | 11:43 Lənkəranın yeddi kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırıldı | 11:42 Analiz vermək adı ilə xəstəxanada keçmiş arvadını öldürən şəxsin işi Ali Məhkəmədə | 11:42 Azərbaycan nefti bahalaşıb | 11:41 Qubada qadını vurub öldürən sürücü tutuldu | 11:40 Çempionlar Liqasında bu gün hansı oyunlar var? - TƏQVİM | 11:34 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb | 11:32 Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi | 11:25 Azərbaycanda bir neçə zabit milyonyarımlıq yeyintidə ittiham olunur | 11:24 400 tondan artıq təhlükəli toyuq əti - 3 nəfər məsuliyyətə cəlb olunub | 11:16 Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu | 23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü |
Mojo.az Avto
Mojo.az Avto

Zəngilan rayonu regionun nəqliyyat qovşağına çevriləcək

18.05.2021 23:59 1 230
Zəngilan rayonu regionun nəqliyyat qovşağına çevriləcək
Zəngilan rayonu regionun nəqliyyat qovşağına çevriləcək.

Median.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı xarici KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan "Orta Dəhliz" layihəsi çərçivəsində Asiya ilə Avropa arasında marşrutların genişləndirilməsi üçün yeni imkanlar yaradıb.

V.Qasımlı qeyd edib ki, Azərbaycan "Orta Dəhliz" layihəsi üzrə tərəfdaşları ilə birgə şərq və qərb istiqamətlərində dəmiryol yükdaşımaları sahəsində əməkdaşlıq qura bilər:

"Bakı artıq Naxçıvana gedən dəmir yolunun Azərbaycan hissəsinin tikintisinə başlayıb. Beləliklə, Zəngilan rayonu regional nəqliyyat qovşağına çevriləcək. Bununla əlaqədar beynəlxalq hava limanının və avtomobil yollarının tikintisi planlaşdırılır".

O əlavə edib ki, Türkiyə və İran da regionda əlaqələrin bərpa olunmasında maraqlıdır.


Son xəbərlər