Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Jurnalistlərin Ləki-Qəbələ stansiyasına mediaturu başladı

18.05.2021 12:02 1 914
Jurnalistlərin Ləki-Qəbələ stansiyasına mediaturu başladı
Jurnalistlərin Ləki-Qəbələ stansiyasına mediaturu başlayıb.

“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən təşkil edilən mediaturda jurnalistlər 2018-ci ildən tikintisinə başlanılan Ləki stansiyası–Qəbələ birxətli dəmir yolu ilə tanış olublar.

Mediaturda “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi şöbəsinin rəisi Natəvan Bayramova, Dövlət Turizm Agentliyinin regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov, Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev iştirak edir.

Qeyd edək ki, dəmir yolu xətti ox üzrə 42.3 km, yan yollarla birlikdə isə 44.5 km təşkil edir. Ləki stansiyası – Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90m) və tökmələrdən (12m) keçir. Ümumilikdə layihə üzrə 122 ədəd (o cümlədən 7 körpü, 1 yolötürücü, 6 avtomobil alt keçidi, 2 heyvan keçidi və 106 suötürücü boru) süni mühəndis qurğusunun, Ağdaş dəmiryolu dayanacağı, Qəbələ dəmiryolu stansiyası, Qəbələ dartı yarımstansiyasının tikintisi və Hacıalı yarımstansiyasının təmiri işləri aparılıb.

Bakıdan Qəbələyədək dəmir yolu xətti 311 km, qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə təşkil edir. Dəmir yolu xəttində İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dördvaqonlu ikimərtəbəli sürətli qatarından istifadə olunacaq. Qatar standart, biznes və birinci sinif vaqonlardan ibarətdir. Vaqonlardakı yerlərin ümumi sayı 363-dür, bunlardan 293-ü standart, 61-i biznes, 9-u isə birinci sinif yerlərdir.

Yağış sularının kənarlaşdırılması və torpaq yatağının dayanıqlığını təmin etmək məqsədi ilə 16 855 metr beton qanov, 430 metr drenaj xətti və 277 metr olan istinad divarının tikintisi tamamlanıb. Dəmir yoluna paralel olaraq layihə üzrə 10kV-luq sərbəst yan qidalandırıcı elektrik verilişi xətti və kontakt şəbəkə quraşdırılıb. Həmçinin rabitə və işarəvermə işləri istismara hazır vəziyyətə gətirilib.

Sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı boyunca 84 600 metr metal hasar quraşdırılıb.

Dəmir yolu istismara hazır vəziyyətdədir.скачать dle 11.3
Mojo.az Banner