Samuxda gənci ildırım vuraraq öldürüb
Median.Az xəbər verir ki, hadisə rayonun Hacalı kəndində qeydə alınıb.
Kənd sakini, 2003-cü il təvəllüdlü Sənan Zaur oğlu Həsənov təsərrüfatda mal-qara otaran zaman onu ildırım vurub. 18 yaşlı gənc həmin an ölüb.
