Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünyanın 100 ən nüfuzlu şirkəti açıqlanıb

28.04.2021 19:54 1 017
Dünyanın 100 ən nüfuzlu şirkəti açıqlanıb
“Time” jurnalı dünyanın ən nüfuzlu şirkətlərinin siyahısını açıqlayıb. “Report” xəbər verir ki, siyahı nəşrin saytında dərc edilib.

Dünyanın ən nüfuzlu şirkətlərinin reytinqi 5 kateqoriyaya bölünüb – "Pionerlər", "Liderlər", "İnnovatorlar", "Nəhənglər" və "Dağıdıcılar".

"Pionerlər" kateqoriyasında birinci yeri amerikalı aktrisa və prodüser Riz Uizerspun tərəfindən yaradılmış “Hello Sunshine” media şirkəti tutub. Bu kateqoriyada həmçinin müğənni Rihannanın “Savage X Fenty” alt paltarı istehsal edən şirkəti və Kanadanın çətənə üzrə ixtisaslaşmış əczaçılıq şirkəti “Tilray” yer alıb.

“Liderlər” kateqoriyasına Milli Basketbol Assosiasiyası (NBA) rəhbərlik edir. Bu kateqoriyaya həmçinin elektronika istehsalçıları “Apple” və “Sony”, idman geyimləri istehsalçısı “Nike”, “Twitter” sosial şəbəkə saytı və “Mastercard” maliyyə korporasiyası daxil edilib.

"İnnovatorlar" bölməsində birinci yeri “Gro Intelligence” analitik şirkəti tutub. Bu siyahıda “Moderna” biotexnologiya şirkəti, “Netflix” striminq xidməti, “Zoom” videokonfrans proqramı və “Spotify” musiqi xidməti də var.

"Nəhənglər" kateqoriyasına avtomobil istehsalçısı “General Motors” rəhbərlik edir. Jurnal həmçinin “Facebook” sosial şəbəkəsini, “Disney” media konqlomeratını, “Google” transmilli korporasiyasını, “Microsoft” şirkətini və “Amazon” ticarət platformasını bu siyahıya əlavə edib.

“Dağıdıcılar” bölməsində birinci yeri “Illumina” şirkəti tutub. Siyahıya həmçinin elektromobil istehsalçısı “Tesla”, “Airbnb” kirayə mənzil və ev axtarış saytı, “Clubhouse” sosial şəbəkəsi və “OnlyFans” xidməti daxil edilib.скачать dle 11.3
Mojo.az Banner