Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Allahşükür Paşazadənin arxiv şəkli yayılıb - FOTO

19.04.2021 12:56 2 877
Allahşükür Paşazadənin arxiv şəkli yayılıb - FOTO
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin arxiv fotosu yayımlanıb.

Şəkli Modern.az saytı sabiq səfir Vəhdət Sultanzadə vasitəsilə əldə edib.

Biz şeyxi adətən din xadimlərinin geyimində - əba və çalma papaqla görürük. Yəni Allahşükür Paşazadə rəsmi qəbullarda, görüşlərdə çalmalı, əbalı geyimdə olur. Adi günlərdə isə dindarların vahid geyim formasından istifadə edir.

Şəkildə əsas diqətçəkən məqam isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin qalstuklu olmasıdır, bunu da yəqin ki, indiyə kimi çoxları görməyib.

Şəkillə bağlı qısa xatirəsini bölüşən Vəhdət müəllim bildirib ki, bu görüş 1970-ci illərdə baş verib:

“Onda Allahşükür Paşazadə hələ şeyx deyildi, mən də səfir… Biz çox uzaq illərin dostlarıyıq.. Lap gənc yaşlarımızdan yaxın olmuşuq. Şəkli də Allahşükür Paşazadə tələbə olarkən çəkdirmişik”.

İndi Vəhdət Sultanzadənin 85, Allahşükür Paşazadənin 72 yaşı var.

Qeyd edək ki, Vəhdət Sultanzadə 28 ildən artıq müddət ərzində Əfqanıstan, İran, Türkiyə və Türkmənistanda attaşedən tutmuş fövqəladə və səlahiyyətli səfirə kimi müxtəlif vəzifələrdə çalışıb, Yaxın və Orta Şərqin diplomatiya, tarix, mədəniyyət və ədəbiyyatından bəhs edən yüzlərlə məqalənin və onlarla kitabın müəllifidir.

скачать dle 11.3
Mojo.az Banner