Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Hərbi ekspert “İskəndər”lər barədə: “Moskva ya sübut etməli, ya cəzalanmalıdır”

15.04.2021 13:43 954
Hərbi ekspert “İskəndər”lər barədə: “Moskva ya sübut etməli, ya cəzalanmalıdır”
Rusiyanın "İskəndər M” raketlərinin Ermənistana satılması beynəlxalq normalara və Raket Texnologiyalarına Nəzarət Rejiminə (RTNR) ziddir.

Bunu Caliber.Az-a müsahibəsində Ordu Araşdırmaları, Konversiyaları və Silahsızlaşdırması üzrə Ukrayna Mərkəzinin Beynəlxalq İşlər üzrə müdir müavini Mixail Samus Qarabağda "İskəndər M” raket hissələrinin aşkar edilməsini və "Kommersant” qəzetində üç il əvvəl nəşr olunan məqalənin yenidən üzə çıxmasını şərh edərkən bildirib.

Nəşrin yayımında qeyd olunurdu ki, 2016-cı ildə Ermənistan Rusiyadan 9M723 raketləri ilə (eyni işarələr Şuşada tapılan "İskəndər” qalıqlarında da olub) "İskəndər-M” operativ-taktiki raket diviziyonunu alıb.

Bunun ardınca "Kommensant"ın nəşrindən sitat:

"De-yure bu, raket texnologiyalarının yayılmasına dair müqaviləni pozur, çünki bu raketlərin hədəfi məhv etmə mənzili 300 km-dən çoxdur”, - deyə "Kommersant”ın hərbi-texniki əməkdaşlıq sahəsi üzrə həmsöhbəti etiraf edib. - "Moskva belə bir addım atmağa məcbur qalıb: operativ-taktiki raket kompleksləri Ermənistana hücum silahlarının daha geniş arsenalına sahib olan Azərbaycanla hərbi pariteti qorumaq üçün təcili lazım idi. Məhdudiyyətlər altına düşməyən "İskəndər”in ixrac modifikasiyasının hazırlanması üçün vaxt lazım idi (hansı ki, Bakının Qarabağda erməni mövqelərinə hücum qərarı verəcəyi halda yox idi).

Qeyd etmək lazımdır ki, RTNR 1987-ci ildə yaradılıb, 1995-ci ildən bəri isə Rusiya da bu təşkilatda iştirak edir.


Mixail Samusun sözlərinə görə RTNR 300 kilometrdən uzaq mənzilli raketlərin digər ölkələrə ötürülməsini qadağan edir:

"Raketlərin ixrac versiyası təxminən 280 kilometrə qədər atış qabilliyətinə malikdir. Orta və daha qısa mənzilli raketlər haqqında müqavilə dağılanadək 500 kilometrdən çox mənzilli raketlər istehsal etmək olmazdı. Hazırda bu məhdudiyyət götürülüb, öz ordun üçün istənilən mənzilli raketlər yaratmaq mümkündür. İxrac üçün isə ancaq 280-300 kilometr mənzilli raketlərə icazə verilir”.

"Əgər Rusiyanın Ermənistana raketlərin ixrac deyil, daxili istifadə üçün nəzərdə tutulan versiyasının ötürülməsi təsdiqlənərsə, bu, ixrac nəzarəti üzrə beynəlxalq tələblərin birmənalı şəkildə pozulmasıdır və buna sanksiya şəklində cəza nəzərdə tutulur”, - deyə həmsöhbət vurğulayıb.

- Bu məsələ ilə hansı beynəlxalq struktur məşğul olur? Kim sanksiya tətbiq edə bilər və ya etməlidir?

- Prinsipcə, bu BMT-dir. Məsələ ixtisaslaşmış komitələrdə nəzərdən keçirilir.

Əlbəttə, RKTR müqaviləsini pozduğuna görə, kimin cəzalandıracağına dair çoxlu suallar var. Beynəlxalq hüquq sistemi o qədər zəif, "impotentdir” ki, məsələn, Rusiyanın Krımı ilhaq etməsinin qarşısını ala bilməyib.

Ancaq mövzuya qayıtsaq – "İsgəndər M”in Ermənistana verilməsi barədə təsdiqlənmiş fakt raket texnologiyasına nəzarət rejiminin pozulmasıdır. Azərbaycanda raketlərin ixrac olunmayan hissələri varmı? Bu RTNR-in iclasına gətirilməli, ATƏT qoşulmalı və bu qalıqlar nümayiş etdirilməlidir.

Rusiya ya bu tip raketlərin Ermənistana verilmədiyinə dair dəlillər təqdim etməli, ya da cəzalandırılmalıdır. Hər halda, raketlərin təhvil verilməsi bir məsələ, münaqişədə istifadəsi isə başqa məsələdir. Bu daha böyük pozuntudur.скачать dle 11.3
Mojo.az Banner