Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“İsgəndər M”lə bağlı oxlar Rusiyanı göstərir — ŞƏRH

07.04.2021 23:28 1 638
“İsgəndər M”lə bağlı oxlar Rusiyanı göstərir — ŞƏRH
Şuşa şəhərinə Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İsgəndər” raketinin atılması ilə bağlı çoxvektorlu müzakirələr davam edir. Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) sübut kimi raketin qalıqlarının fotolarını yayıb. Araşdırmalar bu raketin “İsgəndər M” olduğunu göstərir. ANAMA raketlərin qalıqlarının Şuşada bir-birindən 780 metr ara ilə iki ərazidə tapdığını bəyan edib.

“İsgəndər M” raketinin istehsalçısı Rusiyadır və bunu da satmaq hüququ yoxdur. Raketin konkret olaraq hansı ölkə tərəfindən atılması barədə suallar isə cavabsız qalıb. Kreml hələ də Azərbaycan hərbçilərinin Qarabağda aşkarladığı “İskəndər” operativ-taktiki raket kompleksinin raketinin qalıqları barədə məlumata malik deyil.

“İnterfaks”ın məlumatına görə, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Raketlə bağlı heç nə deyə bilmərəm, məlumatım yoxdur”, - deyə Kreml nümayəndəsi jurnalistlərin Qarabağda tapılan “İskəndər” raketi qalıqları barədə sualına cavab verib.

Tanınmış politoloq, sabiq MTN zabiti Ərəstun Oruclu “Sherg.az”a bildirib ki, Şuşaya “İskəndər M” raketinin atılması ilə bağlı qalmaqal faktiki olaraq Azərbaycan və Rusiya informasiya məkanından kənara çıxıb. Artıq beynəlxalq səviyyədə də müzakirələr aparılır:

“Məsələ burasındadır ki, Rusiya strateji silahların yayılmasına dair beynəlxalq sazişə əsasən “İskəndər M” raketini heç bir halda Ermənistana və digər bir ölkəyə ixrac edə bilməzdi. Rusiyanın rəsmi məlumatlarında da bildirilir ki, Ermənistanın Rusiyadan aldığı raket “İskəndər E” raketidir. Amma “İskəndər M” raketinin Şuşada qalıqlarının tapılması onu göstərir ki, bu raketlər ora atılıb”.

“İskəndər M”in kimin tərəfindən atılmasına gəlincə, politoloq bunun o qədər də önəmli olmadığını deyib:

“Çünki hər bir halda qaydaları pozan Rusiyadır. Ya Rusiya həqiqətən də beynəlxalq sazişi pozaraq Ermənistana orta mənzilli raket satıb. Çünki sazişə əsasən 300 kilometrdən yuxarı uçuş məsafəsi olan raketlərin ixracı qadağandır.

Ya da Rusiya özü tərəf olaraq müharibədə iştirak edib. Bu, daha pisdir. Bir sözlə, məsələyə hansı aspektdən yanaşmağımızdan asılı olmayaraq, son nəticədə bütün suallar Rusiyanın üzərinə gəlir. “İskəndər M” raketi qalmaqalına görə cavab verməli olan ölkə Rusiyadır.

Suallar da belə olmalıdır: “İskəndər M”-i Ermənistan Silahlı Qüvvələri atıbsa, Rusiya niyə bu silahı onlara satıb? Bu silah yalnız Rusiya Ordusunun arsenalındadır. Deməli, raketi atan da məhz Rusiyadır. Hər bir halda məsələ rəsmi Kremldə dayanır”.//ölkə.az
скачать dle 11.3
Mojo.az Banner