Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"İskəndər" raketinin düşdüyü yerdən (VİDEO)

01.04.2021 22:15 1 593
REAL TV-nin rəhbəri Mirşahin Ağayev Şuşada "İskəndər” raketinin düşdüyü ərazidə olub. Median.Az xəbər verir ki, televiziya rəhbəri Şuşada ANAMA nümayəndəsi Qadir Namazəliyevlə söhbətləşib.

Q. Namazəliyev bildirib ki, ANAMA yanvar ayından Şuşa şəhərində və ətraf ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını həyata keçirir:

"Bu təmizlənmə əməliyyatları ilk öncə şəhərin içərisində davam etdirildi. Martın 15-də hazırda dayandığımız ərazidə maraqlı bir detala rast gəldik. Hansı ki həmin detalla rastlaşmamışdıq. Araşdırandan sonra məlum oldu ki, bu hansısa raketin hissəsidir. Ancaq baxış zamanı biz onda hansısa yazı aşkar edə bilmədik. Yazı olmadan da heç bir rəy söyləmək olmur. Bundan sonra biz yenə əməliyyatlarımızı davam etdirdik. Daha sonra şəhərin digər hissəsində əlavə olaraq həmin detaldan aşkarladıq. Yenə də bu bizə heç nə vermədi. Üstündən 2-3 gün keçəndən sonra biz həmin detalın quyruq hissəsini aşkarladıq. Quyruq hissəsində qeydlər və yazılar var idi. Həmin yazılarda da 9M723 yazısı var idi. Araşdıranda sonra məlum oldu ki, bu "İskəndər” raketidir. Beləliklə, bu raketin Şuşa şəhərinə düşməsi rəsmən təsdiqləndi”.

Daha sonra M. Ağayev ANAMA nümayəndəsiylə birgə hadisənin baş verdiyi 2-ci və 3-cü ocaqlara həmçinin partlayış baş verən əraziyə da baş çəkib. Q. Namazəliyev bildirib ki, "İskəndər” kompleksində iki raket olur. Onlardan biri atıldıqdan sonra 1 dəqiqə sonra ikincisi start götürür: " Biz də Şuşa şəhərində iki gövdə tapmışıq. İkinci quyruq və ikinci krater hələ aşkarlanmayıb. Ancaq axtarışlarımız davam edir”.скачать dle 11.3
Mojo.az Banner