Qrant hesabına alınan mallar vergiyə cəlb edilirmi? - RƏSMİ
Vergi Məcəlləsinin 165.1.2-ci maddəsinə əsasən, qrant müqaviləsi əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə (qrant alanlara) malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-yə 0 faiz dərəcə ilə cəlb olunur.
Median.Az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, sözügedən Vergi Məcəlləsinə əsasən yalnız xaricdən alınan qrant hesabına malların idxalı ƏDV-yə 0 faiz dərəcə ilə cəlb edilir. Ölkə daxilində alınmış qrant hesabına malların idxalı isə 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunur. Bundan başqa, əlavə alınmış qrantlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlarda qrant kimi qeydiyyata alınmalıdır.