Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN-dən açıq havada maska taxmaqla bağlı AÇIQLAMA

12.04.2021 13:57 1 101
DİN-dən açıq havada maska taxmaqla bağlı AÇIQLAMA
Pandemiyanın özü ilə bərabər gətirdiyi dəvətsiz qonaq - tibbi maska açıq-qapalı məkan demədən, hər an burnumuzun üstündədir. Hətta bundan təngə gələn vətəndaşlar sosial şəbəkələrdə #açıqhavadanəfəsalaq kampaniyasına da başlayıblar.

Boğulmaq bir yana, həyatımızın "qoruyucu mələk”inə çevirilən 30 qəpiklik maska, iplərinin ani olaraq qırılması, yaxud düzəltmək istədiyimiz yerdə əlimizdən yerə düşməsi, külək aparması ilə bizi 100-200 manatlıq cərimə ilə üz-üzə qoya bilər. Bəs, bu halla qarşılaşmamaq üçün nə etməli, ehtiyat maska ilə gəzməli, yoxsa polisdən güzəşt gözləməli?

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-ın sorğusuna cavab olaraq, bildirib ki, hər bir vətəndaş Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən izolyasiya qaydalarına əməl etməlidir:

"Vətəndaşlarımız tibbi maskalardan istifadə ilə bağlı müəyyən edilən normalar daxilində açıq və qapalı ictimai yerlərdə düzgün istifadə etməlidirlər. Bu tək özünün yox, eləcə də digər vətəndaşların həyat və sağlamlığı üçün zəruri şərtlərdəndir.

O ki qaldı, vətəndaşın tibbi maska ilə bağlı ani olaraq yaranan probleminə, insanlar bunu əvvəlcədən nəzərə almalıdırlar. Tibbi maska normal və qaydasında olmalıdır ki, istifadə ilə bağlı hər hansı inzibati xəta tərkibi yaradan hal aşkarlanmasın. Bütün hallarda polis və Daxili İşlər Nazirliyinin hərbi qulluçuları tərəfindən respublika ərazisində xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq gücləndirilmiş qaydada nəzarət-profilaktik tədbirləri davam etdirilir”.

Sosial şəbəkə istifadəçiləri tərəfindən trendə çeviriliən #açıqhavadanəfəsalaq kampaniyasına gəlincə, qurum rəsmisi deyib ki, tibbi maskalardan istifadə edilib-edilməməsilə bağlı normaları Daxili İşlər Nazirliyi müəyyənləşdirmir:

"Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar var və polis onun yerinə yetirilməsinə nəzarəti həyata keçirir”.скачать dle 11.3
Mojo.az Banner