Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN-dən açıq havada maska taxmaqla bağlı AÇIQLAMA

13.02.2021 21:30 894
DİN-dən açıq havada maska taxmaqla bağlı AÇIQLAMA
Açıq havada tibbi maskadan istifadə etməməklə bağlı TƏBİB nümayəndəsinin açıqlaması onun şəxsi fikridir.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-in sorğusunu cavablandırarkən deyib.

Onun sözlərinə görə, maska ilə bağlı Nazirlər Kabinetinin qərarı var. İctimai yerlərdə, açıq məkanlarda, açıq havada maskadan istifadə olunmalıdır:

"Bununla bağlı TƏBİB-dən rəsmi açıqlama verilib ki, bu açıqlama verən şəxsin öz fikridir. Yəni bu açıqlama TƏBİB-in rəsmi mövqeyini əks etdirmir. Ona görə də cəmiyyətdə çaşqınlıq yaranmamalıdır. Pandemiya hələ bitməyib, ona görə də qaydalara ciddi əməl edilməlidir ki, dövlət növbəti yumşalma tədbirlərini davam etdirsin. Bu, bizim hər birimizə asılıdır və indiyə qədər çəkilən əziyyət hədər getməsin. Hər bir vətəndaşın bu tibbi maskalardan doğru və düzgün istifadə etmək məcburiyyəti var. Bu həm də qanunvericilik normasıdır. Əgər hansısa şəxs ictimai yerlərdə müvafiq maskalardan düzgün istifadə etmirsə və polis tərəfindən aşkarlanırsa, həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görüləcək".
скачать dle 11.3
Mojo.az Banner