Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəxsi avtomobildə maskadan istifadə məcburidir? - AÇIQLAMA

31.05.2021 17:04 1 791
Şəxsi avtomobildə maskadan istifadə məcburidir? - AÇIQLAMA
Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, bu gündən etibarən açıq havada tibbi maskalardan istifadəyə qoyulan məcburiyyət ləğv olunub.

Əhali açıq havada artıq maskasız gəzməyə başlayıb. Qeyd edək ki, sözügedən qərar ictimai nəqliyyatdan istifadəyə, eləcə də qapalı məkanlara şamil edilmir. Burada tibbi maskalardan istifadə etmək mütləqdir.

Bəs şəxsi avtomobillərdə tibbi maskadan istifadə etməmək olarmı?

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, açıq havada maska taxmaq məcburiyyətinin ləğv edilməsi, ictimai nəqliyyatda və şəxsi avtomobillərdə maskadan istifadənin də ləğv edilməsi demək deyil:

“Sürücülərə və digər hərəkət iştirakçılarına bildirmək istəyirik ki, karantin rejimi qaydalarına uyğun olaraq ictimai nəqliyyatdan və taksi xidmətlərindən istifadə edən insanlar tibbi maskadan mütləq şəkildə istifadə etməlidirlər. Şəxsi nəqliyyat vasitələrinə gəlincə isə, avtomobildə sürücü tək olduqda və ya ailə üzvlərindən kənar sərnişin olmadıqda maskadan istifadə etməyə bilərlər. Lakin, avtomobildə digər şəxslər olduqda həm sürücü, həm də sərnişin tibbi maskadan mütləq qaydada istifadə etməlidir. Əks halda İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilir”.скачать dle 11.3

Son xəbərlər