Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Açıq havada maskadan istifadə məcburiyyəti də LƏĞV EDİLƏ BİLƏR-Açıqlama

25.01.2021 23:00 885
Açıq havada maskadan istifadə məcburiyyəti də LƏĞV EDİLƏ BİLƏR-Açıqlama
Azərbaycanda yoluxanların gündəlik sayındakı azalma dinamikası davam edir. Belə ki, artıq yoluxma sayı 4000-dən 100-200-ə düşüb. Dünyada və Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya başlanılıb. Əgər yoluxanların sayında müsbət dinamika davam etsə, yaz-yay aylarında açıq havada maskadan istifadə ilə bağlı məcburiyyət aradan götürülə bilərmi?

Bununla bağlı danışan deputat Müşfiq Cəfərov bildirib ki, vaksinasiya sadəcə xəstəliyi yüngül keçirməyə imkanı yaradır:

"Peyvəndlənmə xəstəlikdən tam qorumur. Belə ki, vaksin vurduran insan bu xəstəliyi ölümcül deyil, yüngül formada keçirir. Bilirsiniz ki, bu gün əksər ölkələrdə qapalı və açıq məkanlarda maskadan istifadə məcburidir. Çünki maskadan istifadə xəstəliyə yoluxma ehtimalını aşağı salır. Azərbaycan və eləcə də digər ölkələr artıq bir yayı pandemiya ilə başa vurub. Düzdür, yayda maskadan istifadə müəyyən çətinlik yaradır. Vaksinasiyanın dünyada eləcə də Azərbaycanda müsbət təsirləri olsa və Ümumdünya Səhiyyə Təşkilatı maskadan yalnız qapalı məkanlarda istifadəni tövsiyə etsə, açıq havada bununla bağlı məcburiyyət ləğv edilə bilər. Əlbəttə, bu, yaxın aylarda vaksinasiyanın hansı nəticəni verməsindən asılı olacaq. Burada söhbət insanları qorumaqdan gedir. Bu səbəbdən də hesab edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə bundan sonra da əməl etməliyik. Artıq təcrübəmiz də var. Azərbaycanın bu xəstəliklə mübarizə təcrübəsi dünyada qəbul edilir. Düşünürəm ki, maska ilə bağlı dünyada yumşalmalar olsa və açıq havada könüllülük tövsiyə edilsə, o zaman Azərbaycan da bundan bəhrələnəcək".скачать dle 11.3
Mojo.az Banner