Mojo.az Banner
17:04 Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb  |     17:01 Azərbaycanda dörd qanun ləğv ediləcək  |     16:56 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi  |     16:46 Bakı-Tbilisi sərnişinlərinə şad xəbər: Biletlər satışdadır - FOTO  |     16:29 Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi  |     16:26 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?  |     16:11 16 yaşlı qıza sataşan şəxs həbs olundu  |     16:03 Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama  |     15:50 Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı  |     15:46 58 yaşlı kişi sevdiyi qadını alan şəxsi armaturla döydü  |     15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |     15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda "EVDƏ QAL" karantin rejimi geri qayıdır? - AÇIQLAMA

27.02.2021 15:50 2 885
Azərbaycanda
Azərbaycanda son bir neçə gündə koronavirusa yoluxanların sayı artıb. Belə ki, fevralın 26-da koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Yoluxmaların sayındakı artım bir çoxlarında karantin rejimində yenidən sərtləşmənin olması ehtimalını yaradır. Bu gün səsləndirilən fikirlərdən biri də Novruz bayramında insanların bir-birinin evinə bayramlaşmağa getməsinin və kütləvi toplaşmanın qarşısını almaq üçün yenidən "evdə qal" karantin rejiminin tətbiq ediləcəyi ilə bağlıdır. Azərbaycanda Novruz bayramına qədər "evdə qal" karantin rejimi tətbiq edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran dosent Ədalət Rüstəm bildirib ki, yoluxma sayı artma dinamikası ilə davam etsə, Azərbaycanda karantin rejiminin yenidən sərtləşdiriləcəyi ehtimalı böyükdür:

"Artıq son bir neçə gündə yoluxanların sayı 220-yə çatıb. Yoluxanların sayındakı artım dinamikası davam etsə, "evdə qal" karantin rejiminə və "SMS-icazə" sisteminə geri qayıda bilərik. Son iki gündə yoluxma sayının çoxalması narahatedicidir. Yoluxma sayı artarsa, yenidən kafe və restoranlar bağalana bilər. Əllbəttə, karantin rejimi ilə bağlı qərar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Onlar mövcud vəziyyəti analiz edərək, ona uyğun düzgün qərarı verəcəklər. Bundan əlavə, ölkməmizdə vaksinasiya da davam edir. Düşünürəm ki, hər şey insanların qaydalara məsuliyyətlə yanaşıb-yanaşmamasından asılı olacaq. Ümid edirəm ki, insanlar yumşalmalardan arxayın olmayacaqlar, çünki dünyada koronavirusun Britaniya ştammı da sürətlə yayılmaqdadır. Ona görə maskadan düzgün istifadə və qaydalara məsuliyyətlə yanaşmaq vacibdir".скачать dle 11.3
Mojo.az Banner