Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:40 Azərbaycan fındığı Çin bazarında - VİDEO | 20:35 Sabunçuda gəncin dönər yemək istəyi ölümünə səbəb oldu | 20:33 İranda 120 nəfər spirtli içkidən zəhərləndi, ölənlər var | 20:26 Bakıda “By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb | 20:18 Dünyaca məşhur "Bvlgari" brendinin rəhbəri VƏFAT ETDİ | 20:09 Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR | 20:00 "Nvidia" şirkətinin baş direktoru vəzifəsinə qayıtdı | 19:57 Sabah bəzi ərazilərdə qaz kəsiləcək | 19:52 İnterpol insan alverində və terrorçuluqda ittiham olunan iki azərbaycanlı qadını axtarır | 19:38 Rusiyada prodüser Elmir Məhərrəmovun meyiti tapıldı | 19:28 Neftçalada boru partladı, rayon susuz qaldı | 19:13 Rafiq Əliyevə məxsus binası dördüncü dəfə hərraca çıxarılır | 18:46 Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar? | 18:11 50 kq-dan çox narkotik maddə ilə tutulan şəxsə ağır cəza | 17:58 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar | 17:37 300 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə ittiham aktı elan edildi | 17:29 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü | 17:14 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb | 16:59 Su polisi brakonyerlik edən şəxsləri yaxaladı | 16:56 İlham Əliyev Donald Trampa təşəkkür etdi |
Mojo.az Avto
Mojo.az Avto

Martın 15-dən karantin rejimi sərtləşdirilir? - AÇIQLAMA

25.02.2021 18:50 1 512
Martın 15-dən karantin rejimi sərtləşdirilir? - AÇIQLAMA
Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Bu artım bir çoxlarında yenidən sərtləşmə ehtimalı ilə bağlı fikirlər ortaya çıxarıb. Bu gün səsləndirilən fikirlərdən biri də Novruz bayramına kimi karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlıdır. Martın ikinci yarısından sonra Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, son iki günün koronavirusa yoluxanların statistikası ürəkaçan olmadı:

"Yoluxanların sayı sağalanlardan çox oldu. Ancaq vaksinasiya prosesi davam edir. Ümid edirik ki, vaksinasiya yoluxanların sayının artmasına imkan verməyəcək. 65 yaşdan yuxarı vətəndaşlarımız vaksinin iknci dozası da vurulub. Hazırda 50 yaşdan yuxarı insanların vaksinasiyasına başlanılıb. Ümid edək ki, gündəlik yoluxanların sayı azalmağa doğru getsin. Əgər yoluxanların sayı artmasa və stabil qalsa sərtləşmə olmayacaq. Ona görə də maskadan düzgün istifadə və qaydalara əməl etmək vacibdir. İnsanlarımız qaydalara əməl etməlidir ki, Novruz bayramına qədər yenidən sərtləşmələr olmasın".

Son xəbərlər