Mojo.az Banner
20:34 Ağstafada üç uşağa atası tərəfindən işgəncə verilib - İDDİA  |     20:28 Gəncədə məktəbli qayçı ilə ehtiyatsız davrandı, dördüncü sinif şagirdi gözündən xəsarət aldı  |     20:22 Gürcüstan vətəndaşlarının xaricdə səs vermələri qadağan edildi  |     20:12 Putin cizgi filminin qəhrəmanı oldu  |     20:01 Eyni cinayəti dəfələrlə törətmiş şəxsə ağır cəza verildi  |     19:36 Naxçıvanda bir sıra qurumlar birləşdi  |     19:14 Azər Qasımlı Qurbanəli Yusifovu övladları ilə hədələyib? - Məhkəmə istintaqı yekunlaşır  |     18:52 Türkiyədən Azərbaycana nə qədər pul köçürülüb?  |     18:45 Azərbaycanda bir qrup şəxsə avtomobillər VERİLƏCƏK  |     18:38 Sabiq deputat Ramiz Mehdiyev barədə: "Siz kimə və nəyə güvənmisiniz?"  |     18:30 AQTA şadlıq sarayında yoxlama keçirdi: İstehlakçıların aldadıldığı müəyyən edildi  |     18:17 Tikinti maqnatının şirkəti cari ildə 41 milyonluq sifariş alıb  |     18:14 Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi  |     18:00 Qubada Nizami parkının abadlıq işlərinin birinci mərhələsi üçün böyük məbləğ ayrıldı  |     17:42 Cari ildə ölkəyə gətirilən elektron siqaretlərin sayı açıqlandı  |     17:37 Bakıda marşrut avtobusu qadını vurub  |     17:25 İmişlidə pirotexniki vasitələr satanlar saxlanıldı  |     17:10 Bakıdakı bazarlardan birində balıq kürüsü satışında ciddi nöqsanlar aşkarlanıb (Video)  |     16:47 "Çörəyim səhnədən çıxır" - Yaşar Nurinin qızı cavab verdi  |     16:40 Baş nazirdən beynəlxalq ikili diplomla bağlı sərəncam  |    
Left Banner
Right Banner

Açıq havada maska taxmayanları nə qədər cərimə gözləyir? – VİDEO

20.11.2020 16:26 1 008
Açıq havada maska taxmayanları nə qədər cərimə gözləyir? – VİDEO
Noyabrın 21-dən maskadan düzgün istifadə etməyən fiziki şəxslər 100 manat cərimə ödəyəcəklər.

Baku TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Küçədə, parklarda, açıq və qapalı məkan olan bütün ictimai yerlərdə polis əməkdaşları karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarət edəcək.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Baku TV-yə bildirib ki, açıq havada maska taxmaq məcburidir:

“Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməklə əlavə tədbirlərlə bağlı Nazirlər Kabinetinin qərarı var. Yeni növ koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi məcburidir.

Epidemiya əleyhinə sanitariya-gigiyena qaydaları karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblər pozularsa fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə olunacaqlar”.скачать dle 11.3