Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər | 20:49 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar | 20:42 Bu məhsullar bahalaşıb - SİYAHI | 20:37 Lənkəranda bir ailə plov və turşudan zəhərləndi - AQTA-dan xəbərdarlıq | 20:30 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ | 20:24 Amerikalı aktyor vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Yol polisindən əhaliyə XƏBƏRDARLIQ

03.06.2020 15:19 1 653
Yol polisindən əhaliyə XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, habelə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət edib.

Müraciətdə deyilir:

“Ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməməsinin məsuliyyətə səbəb olması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub və bu tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə 2 iyun 2020-ci ildə dəyişiklik edilərək inzibati məsuliyyət müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq, DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, xüsusi karantin rejimində şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməməklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində, həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə ediləcəklər”.

Son xəbərlər